Nepalda mikroavtobusun dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Nepalın mərkəzi hissəsində mikroavtobusun yoldan çıxaraq dərəyə aşması nəticəsində 10 nəfər həlak olub, 5 nəfər yaralanıb.
AZƏRTAC “The Rising Nepal” nəşrinə istinadla xəbər verir ki, polisin məlumatına görə, hadisə bu gün səhər saatlarında ölkənin Makvanpur rayonunun Çisapani Qadi ərazisində baş verib. Katmandudan Sarlahi rayonuna hərəkət edən elektrik mühərrikli mikroavtobus yoldan çıxaraq təxminən 700 metr hündürlükdən aşağı düşüb.
Rayon Polis İdarəsinin sözçüsü Madhav Prasad Kavlinin bildirdiyinə görə, qəza nəticəsində 5 kişi və 5 qadın həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Hadisə yerinə Silahlı Polis Qüvvələrinin, Nepal Polisinin və Nepal Ordusunun xilasetmə qrupları cəlb olunub.
Qəzanın digər təfərrüatları və həlak olanların şəxsiyyəti barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Nepalda avtobus qəzalarının əsas səbəbləri sırasında yolların pis vəziyyətdə olması və əlverişsiz hava şəraiti göstərilir. Ölkədə yol-nəqliyyat hadisələrinin əksəriyyəti hər il musson yağışları mövsümündə baş verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 12 Noyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















