Icma.az
close
up
RU
Əfsanələr elçi düşdü, Şahrux Xanı məşhur etdi, aktrisalıqdan siyasətə atılan Hema Malini kimdir? VİDEO

Əfsanələr elçi düşdü, Şahrux Xanı məşhur etdi, aktrisalıqdan siyasətə atılan Hema Malini kimdir? VİDEO

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Hema Malini 16 oktyabr 1948-ci ildə Hindistanda Ammankudi bölgəsinin Madras əyalətində doğulub. Malini karyerasına Bollivudda yox, tamil kino sənayəesi olan Kollivudda başlayıb.

Ölkə.Az hindistanlı aktrisa Hema Malini haqqında maraqlı faktları təqdim edir: 

O, səhnə fəaliyyətinə üstünlük verdiyi üçün ali təhsilini yarımçıq qoyub.Sənətə ilk addımlarını 1963-cü ildə Hindistanın cənubunda istifadə edilən tamil dilində çəkilən "İdhu Sathiyam" filmi ilə atıb. Buradakı rolu ona Bollivudun qapılarını açıb. 

İlk dəfə 1968-ci ildə hind kinosunun ulduzu Rac Kapurla birlikdə "Sapno Ka Saudagar" (Xəyalların alverçisi) filmində baş rolda çəkilib. Sonralar isə tez-tez hind kinosunun əfasanəsi Dharmendra ilə çox sayda filmlərdə rol alıb.

Xalq arasında "Xəyal Qızı" kimi tanınan Hema Malini 1977-ci ildə “Xəyal qız” adlı filmə də çəkilib. Aktrisa 1970-ci illərdə daha çox populyarlıq qazanıb. Buna səbəb isə onun tərəf müqabili Dharmendra ilə eşq yaşaması idi. Onların birgə rol aldığı ilk film “Sən gözəlsən, mən cavanam” ("Tum Haseen Main Jawan") olub. İkili  təxminən 40-45 filmdə birgə işləyib. Ümumilikdə 30 romantik janrda çəkilmiş filmdə cütlük kimi baş rolu canlandırıblar.

Sevilən aktrisa Hindistan kinosunun bir çox tanınmış siması – Dev Anand, Raceş Xanna, Amitabh Baççan ilə birlikdə çox sayda filmdə çəkilib. Hema Malini, 5 məşhur Kapurla- Raj Kapur, Şammi Kapur, Şaşi Kapur, Randhir Kapur və Rişi Kapurla birgə filmlərə çəkilən yeganə aktrisadır.
Hind kinsounun ulduzları Citendra (Ravi Kapur) və Sanciv Kapur ona evlilik təklifi etsə də, qəlbini qazanan yeganə həmkarı Dharmendra olub. 
Hətta qeyd edilir ki, “Şolay” dilmində Verunun Basantiyə silah işlətməyi öyrətdiyi səhnədə Dharmendra işıqçılara təkrar-təkrar səhv etmələri üçün rüşvət verib. Beləliklə Dharmendra səhnələrin təkrarlanmasına görə Hemanı qucaqlamaq şansı əldə edirdi.
Onlar arasında sevgi münasibəti başlayanda Dharmendra evli və 4 uşaq atası idi. Hindu dininə görə, onlar münasibətlərinə davam edə bilməzdilər. Buna görə cütlüyün islam dinini qəbul etdiyi bildirilir.

1980-ci ildə Dharmendra ilə evləndikdən sonra cütlük birlikdə “Əlibaba və 40 quldur”, “Razia Sultan”, “Raj Tilak” kimi bir neçə filmdə rol alıb.
O, ümumilikdə 150-dən çox filmdə rol alsa da, karyerasında yalnız bir dəfə "Ən Yaxşı Aktrisa" nominasiyasında “Filmfare” Mükafatını qazanıb. O bu mükafatı “Zita və Gita” (Seeta Aur Geeta") filmindəki roluna görə alıb.

Onun çəkildiyi məşhur filmlərə Şolay yəni “Qığılcım”, “, “Satte Pe Satta”, “Kranti”, “Baghban”, “Johny Mera Naam” və s. misal göstərmək olar.
Hema Malini 1970-ci ildən 1985-ci ilə qədər ən yaxşı gəlir gətirən aktrisalar siyahısına 11 dəfə liderlik edib. O, həmin illərdə çəkildiyi filmlərlə təkcə şirkətərə qazandırmırdı, həm də özü Hinsitanda ən çox qazanan aktrisalardan biri idi.
Hema aktrisalıqla yanaşı, həmçinin 3 filmin rejissoru və prodüseri olub. Onun 2011-ci ildə çəkdiyi "Söylə mənə ey Tanrı" filmində Dharmendra və onların böyük qızları Eşa Deol da rol alıblar.

Hema “Time” jurnalının üz qabığında görünən ilk hind aktrisası olub.

Onun Hindistan film sənayesinə ən böyük töhfələrindən biri də Şahrux Xan olub. Belə ki, Hema rejissorluq etdiyi filmdə Şahruh Xanı da çəkərək ("Dil Aashna Hai") onun karyerasında yüksəlməsinə səbəb olub.

1999-cu ildən siyasətə atılan Hema Malini ölkədə hakim Bharatiya Janata Partiyasına qoşulub. o, 2003- 2009-cu illərdə partiynın yuxarı palatasında deputat olub. 2010-cu ildə isə Partiyanın baş katibi təyin edilib. 2014-cü ildən indiyə qədər isə partiyanın aşağı palatasında millət vəkilidir.
Hema Malini aktrisalıqdan əlavə, məşhur “Bharatanatyam” rəqqasıdır. O, gənc istedadları yetişdirən və ənənəvi rəqs formalarını qoruyan “Natya Vihar Kalakendra” rəqs məktəbini qurub. Hema rəqs sahəsindəki qabiliyyətini çəkildiyi filmlərdə də bütün dünyaya nümayiş etdirib.

Hema Malini uşaqlıqdan bəri vegetarian olub. Heyvanlara şiddətə qarşı olduğuna və vegetarianlığı təşviq etmək öhdəliyinə görə 2011-ci ildə PETA Hindistanın "İlin Adamı" mükafatını alıb.

O Hindistan hökuməti tərəfindən verilən yüksək  “Padma Şri” də daxil olmaqla çox sayda mükafata layiq görülüb. 

Aktrisa fəaliyyəti boyu xeyriyyə və sosial layihələrdə iştirak edib. 

Hema Malini sonuncu dəfə 2020-cü ildə 72 yaşında Netfliksin çəkdiyi “Shimla Mirchi” filmində rol alıb.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Mart 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri