Əfsanəvi braziliyalı aktrisa 98 yaşında vəfat etdi
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əfsanəvi braziliyalı aktrisa Laura Kardozu avqustun 18-nə keçən gecə San-Pauluda 98 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçinin ailə üzvləri sosial şəbəkə hesablarında paylaşım ediblər.
Radio, televiziya, teatr və kino sahəsində 80 ildən çox davam edən karyerası ərzində Kardozu Braziliya dramaturgiyasının ən mühüm simalarından birinə çevrilmişdi.
Karyerasına 15 yaşında Braziliya radiosunda başlayan sənətçi daha sonra televiziya sahəsinə addım atıb. O, fəaliyyəti boyunca onlarla serial, film və teatr tamaşasında müxtəlif qəhrəmanları canlandırıb.
Tamaşaçılar onu xüsusilə "Tropikankanın sirri" serialında əsas qəhrəmanlar "Rut" və "Rakel"in anası obrazından, eləcə də "İstiotlu şokolad", "Hindistan yolları" kimi məşhur teleseriallardakı rollarından yaxşı tanıyırlar.
Qeyd edək ki, əfsanəvi aktrisa sonuncu dəfə ekranlarda 2019-cu ildə görünmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 18 Avqust 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















