Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq.
AZXEBER.COM xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayında keçiriləcək. Konsert saat 20:00-da başlayacaq.
Gecə ərzində DATO və Bravo Metehi öz repertuarlarından sevilən mahnıları canlı ifada təqdim edəcəklər. Konsert proqramında emosional lirik əsərlərlə yanaşı, gürcü musiqisinin milli koloritini əks etdirən kompozisiyaların da səsləndiriləcəyi bildirilir.
DATO uzun illərdir Azərbaycan tamaşaçısının da tanıdığı və sevdiyi gürcü ifaçılardan biridir. Onun Bakıda keçiriləcək konserti musiqisevərlərin maraqla gözlədiyi tədbirlər sırasında yer alır.
Qeyd edək ki, tədbirin təşkilatçısı 33 EVENT-dir. Şirkətin məlumatına görə, DATO daha əvvəl də onun təşkilatçılığı ilə Bakıda konsert proqramı ilə çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















