Icma.az
close
up
RU
Əfsanəvi kəşfiyyatçının qəhrəmanlığı

Əfsanəvi kəşfiyyatçının qəhrəmanlığı

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mühüd əlini düşmənin boğazına atdısa, dərhal düşmənin nəfəs borusu çölə çıxırdı

Mühüdün göstərdiyi şücaətləri dinlədikcə həm qürurlanıram, həm də kədərlənirəm. Qürurlanıram ona görə ki, doğulduğum yurdun Mühüd kimi qəhrəman oğlu var. Kədərlənirəm ona görə ki, əfsanəvi kəşfiyyatçı bu dünyadan vaxtsız köçdü. Əfsanəyə, dastana çevrilən eloğlumun qəhrəmanlıqları saysız-hesabsızdır. Mühüdün döyüş yoldaşları ilə əlaqə saxlayıram, onun düşmən arxasında etdiyi cəngavərlikləri dinlədikcə: mən Muhüdün qəhrəmanlığını sözə, cümləyə necə düzüm ki, ona layiq olsun? - deyə öz-özümə sual edirəm. İndi Muhüdün qəhrəmanlığı, gücü haqqında iki hadisəni yazacam.

Fikirli-fikirli Mühüd haqqında danışırdıq. Həmsöhbətim dedi: "Səbinə xanım, hərbi maşın var. Bilmirəm adını bəlkə eşitmiş olarsınız - SATKO. Bir gün SATKO-nun təkəri yarı yolda xarab oldu. Təkər dəyişməli idi. Qaldırıcı yox idi. Əlimiz heç yana çatmırdı qaldırıcı əşya üçün. Mühüd dedi: “Maşını çiynimə qoyun, özüm saxlayacam, siz təkəri dəyişin”. Əvvəl inanmadıq, elə bildik zarafat edir. İsrar etdi və biz Mühüd deyən kimi etdik. Bəlkə də inanmazsınız, bu həqiqətən belə də oldu. Mühüd maşını çiynində saxladı, biz təkəri dəyişdik. Mühüd həm dərin ağıla, həm də sarsılmaz gücə malik idi".

...Telefonuma zəng gəlir: "Səbinə xanım, sizə təşəkkür edirəm. Mühüd haqqında sosial şəbəkələrdə paylaşımlar edirsiniz". Mühüdü yaxından tanıyan həmin şəxs onun cəngavərliyindən danışır. Onu qəhər boğur. Qırıq-qırıq səslərlə yenidən söhbətinə davam edir: "Muhüd düşmən arxasında elə qəhrəmanlıqlar göstərib ki, deyərdim ki, tarixdə belə fenomen gücə malik insan olmayıb. Kəşfiyyat tapşırığına uyğun hərəkət edən “Mixaylo” lazımdırsa düşməni diri götürərdi, lazımdırsa yerində məhv edərdi. İnanın bircə dəfə əlini düşmənin boğazına atırdı. Başqa heç bir fəndə ehtiyac qalmırdı. Əlini düşmənin boğazına atdısa, dərhal düşmənin nəfəs borusu (xirtdəyi) çölə çıxırdı. Və anında düşmən məhv olurdu. Mühüd belə Mühüd idi. Əfsanəvi kəşfiyyatçı".

Həmsöhbətimlə necə sağollaşdığım yadımda deyil. Heyrətdən donub qalmışdım. Mühüdün həyat yoldaşı Qumru xanımın zəngi məni yenidən özümə qaytardı.

P.S Ordumuzun kapitanı Mühüd Orucov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Müəllif: Səbinə Yusif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Noyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri