Icma.az
close
up
RU
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atasını qəbul edib

Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atasını qəbul edib

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan hərbi xadimi, general-polkovnik, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev bu gün Əfsanəvi kəşfiyyatçı, Kəşfiyyatın Mixaylosu, Xüsusi Təyinatlı Qüvvələrinin Görən Gözü, Şəhid kapitan Mühüd Orucovun Atası Qurban Orucovu qəbul edib. Onların səmimi söhbəti Şəhid Atasına sanki oğlunu yenidən bəxş edib.

Hikmət Mirzəyev Mühüd Orucovun Xüsusi Təyinatlı Qüvvələrində misilsiz xidmətlərindən danışıb: "Mühüd əvəzolunmaz kəşfiyyatçı idi. Mühüd həm zabit kimi, həm insan kimi fərqli idi. Bütün tapşırıqları qüsursuz yerinə yetirirdi. Vətəni özündən çox sevirdi. O, hərbiçi doğulmuşdu. Vətən Müharibəsində Mühüdün yetişdirdiyi hərbiçilər böyük şücaətlər göstərdilər. Mühüd kimi oğul böyütdüyünüzə görə Sizə təşəkkür edirəm. Mühüd hər zaman mənim yadımdadır, mənim ürəyimdədir. Yaxın günlərdə Muhüdün məzarını ziyarət edəcəm".

Səmimi söhbət əsnasında Qurban Orucov Mühüdün Hikmət Mirzəyevə olan hörmət və rəğbətindən söz açıb: "Mühüd Sizinlə fəxr edirdi. Evə gələndə rəhmətlik Anası soruşardı ki, bala komandirin necə adamdı? Mühüd fəxrlə deyərdi: Ana, məndən nigaran qalma. Komandirim qızıl kimi adamdı. Anası da sevinərdi".

Sonda Hikmət Mirzəyev Qurban Orucovla xatirə şəkli çəkdirilib.

Cənab general-polkovnik Hikmət Mirzəyev, Mühüd Orucovun hərbi xidmətinə verdiyiniz dəyərə, ailəsinə göstərdiyiniz diqqət və qayğıya görə sizə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, əməkdar müəllim, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədovun, Qazax mahalının ziyalılarının və bütün Qazaxlıların adından təşəkkür edirik.

"Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri