Icma.az
close
up
RU
“Əfv imzalanacaq, amnistiya da ola bilər” Məşhur dustaqlar azadlığa çıxır? KONKRET

“Əfv imzalanacaq, amnistiya da ola bilər” Məşhur dustaqlar azadlığa çıxır? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda növbəti əfv fərmanı imzalana bilər. Son günlər Əfv Komissiyasının iclaslarını keçirilməsi gözləntiləri artırıb. Kimlərin siyahıya düşəcəyi, hansı məhbusların həbsdə qalacağı müzakirə edilir.

Hazırda həbsdə xeyli məşhur isim var. Onların əfvə düşüb-düşməyəcəyi ətrafında suallar dolaşır. Həbsdə olan jurnalistlərin xeylisi hazırda istintaq altındadır. Məhkəməsi yekunlaşanlar da var. Hər dəfə əfv öncəsi müzakirələrdə ömürlük həbsə məhkum olunan OMON-çuların, sabiq səfir Eldar Həsənovun, keçmiş deputat Hüseyn Abdullayevin, Beynəlxalq Bankın prezidenti olmuş Cahangir Hacıyevin və digərlərinin adları ilk sırada hallanır.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqlar Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Əfv Komissiyasının iclasları ardıcıl olaraq gedir:

“Martın 13-də belə bir iclas keçirildi. Yaxın günlərdə Novruz bayramı münasibəti ilə əfv fərmanı imzalanacaq. Prezident İlham Əliyev ona verilmiş bu hüquqdan hər zaman istifadə edib. Hər il yüzlərlə məhbus əfv fərmanının təsiri altına düşməklə azadlığa buraxılır. Həmin məhbusların ailələrinin də bu xəbərdən təsirləndiyini nəzərə alsaq, deməli, hər il minlərlə insan sevinir.

Çingiz Qənizadə

Əfv fərmanı yaxın günlərdə veriləcək. Əfv Komissiyasının 400-dən çox müraciətə baxması ilə bağlı məlumat verilib.

Bu il həm konstitusiya, həm də suverenlik ilidir. Yeni bir dövrün başlanğıcındayıq. Uzun illərdir ki, amnistiya aktının şahidi olmuruq. Prezident İlham Əliyev, yaxud da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yeni amnistiya aktının layihəsi Milli Məclisə təqdim edilə bilər. Bu zaman minlərlə insan azadlığa çıxacaq.

Kimlərin əfv fərmanına düşəcəyi haqqında məlumat yoxdur. Bu yalnız ölkə Prezidentinin səlahiyyətində olan məsələdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Mart 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri