Icma.az
close
up
RU
28 Mayda əfv gözlənilir: Rəşad Dağlı azadlığa çıxır?

28 Mayda əfv gözlənilir: Rəşad Dağlı azadlığa çıxır?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər il Azərbaycanda 28 May - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağına dair böyük ümidlər yaranır. Bu il də məlum sərəncamla bağlı ciddi gözləntilər var.

Məsələylə bağlı Bakıvaxtı.az-a açıqkama verən hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlının sözlərinə görə, Əfv Komissiyası işləyib, siyahını hazırlayıb, amma son sözü prezident deyəcək. Çünki kimlərin əfv edilməsi ölkə başçısının səlahiyyətindədir:

"Hamımız əfv gözləyirik. Əfv Məsələləri Komissiyası da çox gərgin işlədi. Bizdə olan məlumata görə, siyahı hazırlanıb, təqdim olunub. Yəqin, yaxın zamanlarda əfv sərəncamının verilməsinin şahidi olarıq".

Həbsdə olan bəzi media mənsubları və meyxanaçı Rəşad Dağlının da əfvə düşəcəyinə dair iddialara gəlincə, müsahibimiz hesab edir ki, bu gün kiminsə adını çəkmək etik deyil. Hüquq müdafiəçisi bildirib ki, cəmiyyətin müəyyən arzu və diləkləri var:

"İnsanlar kimlərinsə əfvə düşməsini istəyirlər, amma bu məsələni Əfv Məsələləri Komissiyası araşdırır. Bu, böyük işdir. Onun müəyyən kateqoriyaları var. Elə müddəalar mövcuddur ki, onlara mütləq əməl edilməlidir. Bu mənada ola bilər ki, o siyahıdakı adlar bizim arzularımızla üst-üstə düşməsin. Yenə qeyd edirəm ki, son sözü prezident deyəcək. Ümid edək ki, bu, cəmiyyəti sevindirəcək əfv sərəncamı olacaq".

"Əfvlə bağlı sizə müraciət edənlər vardımı" sualına cavab verən S.Bənənyarlı qeyd edib ki, bu yöndə ona da müraciət edənlər çox olub. Dediyinə görə, məhbusların yaxınları tez-tez müraciət edirlər. Gözləntilər böyükdür, amma bu, amnistiya aktı deyil ki, minlərlə adama şamil edilsin. Yenə də ümid edirik ki, xeyli adam azadlığa çıxacaq.

"Digər tərəfdən, vaxtından qabaq şərti azad olma komissiyası da işləyir. Hansısa məhbus üçün vaxtından əvvəl şərti azadolma hüququ yarandıqda, onların islah olmalarını nəzərə alaraq, komissiyada onların işinə baxırlar və sənədləri məhkəmələrə təqdim edirlər. Onların şərti azadlığa buraxılmasına məhkəmə qərar verir. Həmin o məhkumlara həm islah üçün, həm də şərti azadlığa çıxma üçün imkan yaranır", - deyə Səadət Bənənyarlı vurğulayıb.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see278

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see277

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see269

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see251

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see250

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see244

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see242

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see240

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see239

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see232

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see229

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see228

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see224

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see203

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see202

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see201

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see188

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see182

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri