Icma.az
close
up
RU
Əfv Komissiyasının tərkibi dəyişib Üzvlərin yeni SİYAHISI

Əfv Komissiyasının tərkibi dəyişib Üzvlərin yeni SİYAHISI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu həftə toplaşacaq. Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.
Modern.az saytı Əfv Komissiyası ilə bağlı maraqlı məlumat əldə edib.
Məlum olub ki, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
Beləliklə, Əfv Komissiyası bu ildən yeni tərkiblə fəaliyyət göstərəcək.
Komissiyanın tərkibi Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dəyişib. Belə ki, keçmiş deputat Sədaqət Vəliyeva komissiya üzvlüyündən çıxarılıb, onu Milli Məclisin VII çağırışının deputatı Mehriban Vəliyeva əvəz edib.
Bundan başqa, Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Aygün Mikayılova da Əfv Komissyasının üzvləri sırasına daxil edilib.
Hazırda Prezident yanında Əfv Məsələləri Komissiyası aşağıdakı tərkibdə fəaliyyət göstərir:
Komissiyanın sədri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri


Komissiyanın üzvləri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Fərid Əhmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Mehriban Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini

Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri

Aygün Mikayılova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru


Komissiyanın katibi

Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri

Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri