Əfv Komissiyasının iclasları başlayırmı?
Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hüquq müdafiəçisi yaxın günlərdə əfv sərəncamı ilə bağlı iclasların başlaya biləcəyini deyir, Əfv Komissiyasının üzvləri isə bunu təsdiq etmir.
Belə ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu anews.az-a açıqlamasında bildirib ki, iclasların başlanması ilə bağlı informasiya əldə ediblər.
"Eşitmişik ki, əfv komissiyası bu yaxınlarda yığışacaq. Daha dəqiq məlumatlı deyilik", - o bildirib.
Əfv Komissiaysının üzvü "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bu faktı təsdiq etməyib.
"İclasların başlanması ilə bağlı bizdə məlumat yoxdur. Əgər belə bir qərar verilərsə məlumatlı olardıq", - Nuriyev əlavə edib.
Əfv Komissiyasının digər üzvü deputat Zahid Oruc da bu xəbəri təkzib edib.
"Bu məlumatlardan hardan yayılır bilmirəm. Amma bu xəbər doğru deyil", - o əlavə edib.
Sonuncu Əfv sərəncamı 2023-cü il mayında Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul olunub. Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 22 Yanvar 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















