Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Əfv sərəncamı Hüquqdan mərhəmətə gedən yol

Əfv sərəncamı Hüquqdan mərhəmətə gedən yol

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış növbəti əfv sərəncamı, təkcə hüquqi sənəd deyil, həm də humanizm fəlsəfəsinin canlı ifadəsidir. Bu sərəncam, Konstitusiyamızda təsbit olunmuş suveren hüquqların və milli mənəvi dəyərlərimizin bir növ körpüsüdür. Sayca 71-ci olan bu əfv sənədi, həm də dövlətin hüquqla yanaşı mərhəmətlə davranmaq qabiliyyətini nümayiş etdirən tarixi ardıcıllığın davamıdır: 33 dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən, 38 dəfə isə Prezident İlham Əliyev tərəfindən imzalanmış bu sərəncamlar artıq 10 mindən çox məhkumu əhatə edib. Bu rəqəmlərin arxasında isə ailələrin göz yaşına çevrilən sevinc var, bağışlanmanın gətirdiyi yeni bir başlanğıc var.
Əfv aktı – sadəcə cəzanın ləğvi deyil. Bu, dövlətin öz vətəndaşına bir daha etibar etməsidir. Bu, insanın dəyişmək və islah olmaq imkanının tanınmasıdır. Əfv, hüquqi məntiqin içərisinə yerləşdirilmiş mənəvi dəyərlər sistemidir – əxlaqi cavabdehlik, sosial barış və insan həyatına verilən ali qiymət.
Azərbaycan hüquq sistemi müstəqillik əldə etdikdən sonra 12 amnistiya aktı qəbul edib. Bu aktlar 160 min şəxsi əhatə etməklə, cəmiyyətin rifahına və sosial sabitliyə mühüm töhfələr verib. Amnistiyalarla yanaşı əfv sərəncamları fərdi yanaşmanı, insanın taleyinə xüsusi diqqəti ehtiva edir. Əfv – cəza deyil, ümid doğurur. Bu, cəzalandırmaq deyil, cəmiyyətə qovuşmaq fürsətidir.
Əfv sərəncamları eyni zamanda sosioloji bir siqnaldır – onlar göstərir ki, cəmiyyət islahı, reabilitasiyanı qəbul edir, qisas deyil, barış yolunu seçir. Hüququn əsas məqsədi intiqam deyil, ədalət və harmoniyadır. Bu mənada Prezidentin əfv səlahiyyətindən istifadə etməsi hüququn humanizm mahiyyətini ön plana çəkir.
Əfv həm də dərin mənəvi-əxlaqi məsələdir. Bu, həm bağışlayan tərəfin böyüklüyüdür, həm də bağışlanan tərəfin yeni həyat şansına layiq görülməsi deməkdir. Əfv alan şəxs artıq sadəcə azadlığa çıxmır – o, cəmiyyətin yenidən etimad göstərdiyi bir fərd kimi çıxır. Bu isə öz növbəsində, onun cavabdehlik və davranış baxımından daha yetkin olması üçün güclü motivasiya yaradır.
Nəticə etibarilə, hər bir əfv sərəncamı dövlətin insan mərkəzli idarəçilik fəlsəfəsinin, hüquqi sistemimizin humanist ruhunun və Prezidentin rəhbərlik etdiyi dövlətin mərhəmət və şəfqətə dayanan gücünün nümunəsidir. Bu, Azərbaycan dövlətinin hüquqla yanaşı vicdanla da idarə edildiyini göstərir. Əfv – ədalət ilə mərhəmətin görüş yeridir.
Əliməmməd Nuriyev, Konistitusiya Araşdırma Fondunun prezidenti
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 May 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri