Icma.az
close
up
RU
Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq hüquqdan qaynaqlanır

Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq hüquqdan qaynaqlanır

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında qeyd etmişdir ki, "bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq".

XX-ci əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc olunmuş xəritələrə nəzər saldıqda əyani şəkildə məlum olur ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bununla bağlı Azərbaycanın müasir siyasi və diplomatik gündəliyinin əsas prioritetləri sırasında Qərbi Azərbaycana dinc yolla təhlükəsiz şəkildə qayıdış xüsusi yeri tutur və belə bir proseslə bağlı beynəlxalq hüquqi əsaslandırma əhəmiyyətli xarakter daşıyır. 

Öncə qeyd etmək lazımdır ki, Azərbaycan tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib və bu mənada qayıdış məsələsinin heç bir ərazi iddiası ilə ümumiyyətlə bağlantısı yoxdur və ola da bilməz. 
İkinci prinsipial məqam ondan ibarətdir ki, 1918-ci ildən başlayaraq, dəfələrlə və sonuncu dəfə 1987-1991-ci illərdə Ermənistanın etnik təmizləmə siyasətinin qurbanları olan insanlar və onların varisləri geriyə dönmə təməl hüququndan istifadə etməlidirlər.  

Etnik təmizləmələr, deportasiyalar və azərbaycan əhalisinin qeyri-qanuni transferləri zaman faktorundan asılı olmayaraq, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə əsasən soyqırım və insanlıq əlehinə cinayətlərın tərkib elementidir və bu cinayətlərin qurbanlarına dinc yolla geriyə dönmək hüququ təmin edilməlidir. 
Üçüncü fundamental məqam ondan ibarətdir ki, indiki Ermənistan ərazisindən zorla çıxarılmış və əsrlər boyu burada yaşamış azərbaycanlılar ermənilərdən fərqli olaraq, de facto və de jure yerli xalq statusuna malikdirdirlər. Xatırlatmaq lazımdır ki, BMT-nin Baş Assambleyasının 13 sentyabr 2007-ci il tarixli Bəyannaməsinin 10-cu maddəsinə əsasən, "Yerli xalqlar öz torpaqlarından və ya ərazilərindən məcburi köçürülməyə məruz qala bilməzlər. Müvafiq yerli xalqların azad, əvvəlcədən əldə edilən razılığı olmadan heç bir yerdəyişmə həyata keçirilmir, bu yalnız ədalətli kompensasiyanı  və geri qayıtma seçimini nəzərdə tutan razılaşmanın bağlanmasından sonra mümkün ola bilər." Beynəlxalq hüququn digər mühüm yanaşması qeyd edilən Bəyannamənin 8-ci maddəsində əksini taparaq, nəzərdə tutur ki, "yerli xalqların və onlara mənsub olan şəxslərin məcburi assimilyasiya və ya mədəniyyətlərinin məhv edilməsi məqsədi ilə təzyiqlərə məruz qalmama hüququ vardır". 

Dövlət Başçısının qeyd etdiyi kimi, "azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır". 

Azərbaycanlıların əsrlər boyu yaşadıqları və ənənəvi yaşayış mühitindən zorla ayrıldıqları məkanlara sülh yolu ilə təhlükəsiz formada qayıtmaları beynəlxalq hüquqla müdafiə edilən yanaşmadır və universal xarakterli beynəlxalq razılaşmalar belə bir əhəmiyyətli prosesin həyata keçirilməsi üçün səmərli hüquqi platforma rolunu oynayır.   
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri