Icma.az
close
up
RU
Əfvə düşən 74 yaşlı qadına 7 il həbs istənildi

Əfvə düşən 74 yaşlı qadına 7 il həbs istənildi

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Bakıda başqasının evindən oğurluq etməkdə və torpaq sahəsini qanunsuz zəbt etməkdə təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Qədəm Tarverdiyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında dərhal həbs olunmasını və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Müdafiə vəkili çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə prosesi sentyabrın 17-si saat 10:00-a təyin olunub.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü Qədəm Möhbəli qızı Tarverdiyeva barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, Q.Tarverdiyeva Binəqədi qəsəbəsində torpaq sahələrini qanunsuz zəbt edib və oğurluq əməlləri törədib.

İttihama əsasən, Qədəm Tarverdiyeva müxtəlif illərdə iş üzrə əsas zərərçəkmiş şəxsə məxsus torpaq sahələrini zəbt edərək həmin ərazilərdə qanunsuz tikililər – tövlə, hovuz, sanitar qovşağı və digər köməkçi tikililər inşa edib.

Bundan başqa, o, 2023-cü ildə zərərçəkmiş şəxsin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırmaqda və evdən ümumi dəyəri 17 min 600 manat olan çoxsaylı məişət əşyalarını – soyuducu, televizor, döşək, mebel, xalçalar, qab-qacaq və digər əşyaları oğurlamaqda ittiham olunur.

Q.Tarverdiyeva, həmçinin digər zərərçəkmiş M.Salahovun torpaq sahəsinə qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb yerinə yenisini çəkməklə torpaq sahəsini mənimsəməkdə də təqsirləndirilir.

Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə ittiham olunur.

O, 2024-cü ilin iyununda istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib, iyul ayında isə tutularaq saxlanılıb. Daha sonra barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı əsasında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni cinayət işi üzrə onun oğlu Nadir Tarverdiyev də məhkum olunub.

Q.Tarverdiyeva 2020-ci ilin aprelində Prezident tərəfindən imzalanmış xüsusi əfv sərəncamına əsasən, yaşı 65-dən yuxarı olan məhkumlarla bağlı tətbiq edilən humanizm aktı çərçivəsində cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Sentyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri