Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Əgər belə bir baza olsaydı, Moskva bunu bilərdi”

“Əgər belə bir baza olsaydı, Moskva bunu bilərdi”

Icma.az, Adelet.az saytına istinadən bildirir.

“Bir anlığa fərz edək ki, bu iddia faktiki əsaslara söykənir. Bu zaman məntiqi bir sual meydana çıxır: İsrail nə üçün belə bir bazaya ehtiyac duysun? İsrail kəşfiyyatı — Mossad — hərbi müharibə başlamazdan çox-çox əvvəl İranın hər guşəsini ovcunun içi kimi bilirdi. Onilliklər ərzində İranın nüvə proqramının mühüm mütəxəssislərini, hərbi strateqlərini, yüksək səviyyəli generallarını — kimini ofisinin içindəki iş masasında, kimini küçənin ortasında — məhv etmək qüdrətini nümayiş etdirdi. Bütün bunlar İranın öz ərazisində həyata keçirilən əməliyyatlardır”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

Onun sözlərinə görə, belə texniki üstünlüyə malik olan bir kəşfiyyat aparatı üçün, peykdən aydın görünən iri strateji hədəfləri vurmaq məqsədilə qonşu ölkənin ərazisində böyük baza qurmaq, qoşun yerləşdirmək, avadanlıq toplamaq — nəyə lazımdır?:
“Bu sual öz içində öz cavabını daşıyır.Rusiya amili: Görünməzlər görünərdi. Fərz edək ki, CNN-in iddia etdiyi kimi, Azərbaycanda belə bir gizli İsrail bazası mövcud olub. Bu zaman bir daha məntiqi sual yaranır: Rusiya haradadır? Müasir hərbi kəşfiyyat texnologiyası ilə göydə uçan 10 metrlik raketi, 30 sm ölçülü cismi izləyə bilən dövlətlər o boyda bir hərbi infrastrukturu — binalar, yanacaq, texnika, personalın gediş-gəlişi — görmürmü? Azərbaycan ilə sıx əməkdaşlıq içindəki Rusiya öz peyk şəbəkəsi vasitəsilə bu əraziləri daim nəzarətdə saxlayır. Əgər belə bir baza olsaydı, Moskva bunu bilərdi. Bildikdən sonra dərhal İrana ötürərdi — çünki bu, onun regional strateji maraqlarına tamamilə uyğun gələrdi. Baza olsaydı və görünsəydi, bu gün CNN-in nağılına ehtiyac da qalmazdı: İran özü bunu dünyaya car çəkərdi. Bu arqument bütün iddiaya ən sadə, amma ən güclü cavabdır. Azərbaycanın mövqeyi: 30 illik münaqişədən çıxmış bir ölkə belə riskə gedərmi? Nəhayət, ən əsas arqumentə gəlirik. Azərbaycanın geosiyasi mövqeyini, tarixi yükünü, coğrafi reallığını bir an düşünək. Bu ölkə 30 illik işğal müharibəsindən yeni çıxıb. Cənubunda — İranla bilavasitə bitişik sərhəd. Şimalda — Rusiya. Qərbdə — hələ tam normallaşmamış Ermənistanla münasibətlər. Belə bir geosiyasi mühitdə, hər addımı hesablanmış, hər xarici tərəflə münasibəti zərif balansda qurulan Azərbaycan hakimiyyəti İsrail xatirinə — kim olursa olsun — özünü ABŞ-İran konfliktinin hədəfinə çevirərmi? Azərbaycan 2026-cı ilin əvvəlindən etibarən rəsmi bəyanatlarında açıqca vurğulayıb: ölkənin hava məkanı və ərazisi heç bir dövlət tərəfindən İrana qarşı hərbi məqsədlər üçün istifadə edilə bilməz. Məntiqlə, tarixlə, reallıqla üst-üstə düşən bu mövqeni CNN-in quraşdırılmış iddiaları ilə dəyişmək mümkün deyil”.

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 İyun 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri