Icma.az
close
up
RU
Əgər Rusiyaya qarşı real təzyiq olsaydı, artıq atəşkəs əldə oluna bilərdi

Əgər Rusiyaya qarşı real təzyiq olsaydı, artıq atəşkəs əldə oluna bilərdi

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Biz diplomatiya ilə müharibəni bitirməyə çalışırıq, Rusiya sülh istəyən bütün tərəflərin mövqelərinə zərbələr endirir. Əgər Rusiyaya qarşı real təzyiq olsaydı, artıq atəşkəs əldə oluna bilərdi". 

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski martın 29-da axşamı "Telegram"-da yayımlanan müraciətində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.

Hər şeydən öncə Ukraynanın dövlət başçısı kommunal xidmətlərə, Milli Polis əməkdaşlarına, Fövqəladə Hallar Dövlət Xidmətinə və hər gecə düşmənə qarşı mübarizədə iştirak edən, eləcə də bu gün Rusiya tərəfindən atəşə tutulan ərazilərdə çalışan tibb işçilərinə təşəkkür edib.

Zelenskinin sözlərinə görə, yalnız Dneprdəki düşmən hücumunun nəticələrinin aradan qaldırılmasına təxminən 250 nəfər cəlb edilib. Bundan əlavə, Krivoy Roqda və digər Ukrayna icmalarında bütün zəruri fövqəladə xidmətlər fəaliyyət göstərib.

Prezident bildirib ki, ötən gecə Ukraynaya 172 zərbə PUA-sı ilə hücum edilib, onlardan 100-dən çoxu "Shahed" tipli olub. O, vurğulayıb ki, belə genişmiqyaslı hücumlar mütəmadi baş verir.

"Tərəfdaşlarımız anlamalıdır ki, bunlar Rusiya hücumlarıdır. Onlar təkcə xalqımıza deyil, həm də bütün beynəlxalq səylərə zərbə vurur. Biz bu müharibəni diplomatiya yolu ilə bitirməyə çalışırıq, lakin Rusiya bu zərbələri sülh istəyən bütün tərəflərin mövqelərinə endirir. Hər gecə yüzlərlə "Shahed" hücumunu görməzdən gəlmək mümkün deyil", - o, qeyd edib.

Zelenski ABŞ, Avropa və diplomatiyaya üstünlük verən bütün qüvvələr tərəfindən Rusiya təcavüzünə qarşı güclü reaksiyanın vacibliyini bəyan edib.

"Biz ciddi reaksiya gözləyirik və bu istiqamətdə çalışırıq. Güclü reaksiya, ilk növbədə Amerika, Avropa və diplomatiyaya üstünlük verən bütün dünya üçün çox vacibdir. Rusiyanı sülhə məcbur etmək lazımdır və yalnız məcburiyyət işləyəcək. Artıq çoxdan Amerika tərəfinin qeyd-şərtsiz atəşkəs təklifinə Rusiyadan adekvat cavab verilməyib. Bu, çox şeyi deyir", - prezident bəyan edib.

"Əgər Rusiyaya qarşı real təzyiq olsaydı, artıq atəşkəs əldə oluna bilərdi. Mən bunu anlayan və müvafiq qərarların qəbulunu irəlilədən tərəfdaşlarımıza, xüsusilə yeni sanksiya qərarlarını dəstəkləyənlərə təşəkkür edirəm" - Zelenski vurğulayıb.

Xəbər verildiyi kimi, martın 29-a keçən gecə Rusiya ordusu Ukraynaya 172 "Shahed" pilotsuz uçuş aparatı və digər tipli təlim-dronları ilə hücum edib. 

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiyanın atəşi nəticəsində üç bölgə- Dnepropetrovsk, Sumı və Xarkov ziyan çəkib. Krivoy Roqda düşmən raketi çoxmənzilli binalara, fərdi evlərə, məktəbə, avtoyuma məntəqəsinə zərər yetirib, yeddi nəfər yaralanıb. 

Dneprdə isə atəş nəticəsində bir neçə çoxmərtəbəli bina və sahilyanı restoran-otel kompleksi dağıdılıb. Vilayət administrasiyasının məlumatına görə, dörd nəfər həlak olub, 22 nəfər yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri