Icma.az
close
up
RU
Əgər Kreml atəşkəsə razılaşmasa... Avropanın təhlükəsizliyinin qarantı kim olacaq?

Əgər Kreml atəşkəsə razılaşmasa... Avropanın təhlükəsizliyinin qarantı kim olacaq?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ ilə Avropa arasında münasibətlər xaotik, nizamsız halda inkişaf edir. Elə gün olmur ki, həm ABŞ-dən, həm də Avropadan bu istiqamətdə ağlasığmaz ideya və təşəbbüslər ortaya atılmasın. Görünür ki, Donald Trampın prezidentliyi dünyaya sürprizlər yaşatmaqda davam edəcək. Vaşinqtonun Avropadan uzaqlaşmaq xətti götürdüyünü iddia edənlərin sayı da artmaqdadır. Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaşanan gərginlik bu münasibətlərə xüsusi çalar gətirib. Müsbət olan odur ki, Tramp-Zelenski görüşündən sonra Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar start götürüb. Hətta Ukraynanın müvəqqəti atəşkəsə razılıq verdiyi barədə xəbərlər də yayılıb.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ukraynada müharibə başa çatır?

Kiyev və Vaşinqtonun Səudiyyə Ərəbistanında martın 11-də keçirilən danışıqlarında davamlı sülhü bərpa etmək üçün addımlar atması ümidlərə yol açıb. Doqquz saat davam edən danışıqlarda qeyd olunub ki, Kiyev kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, ABŞ yardımının bərpası müqabilində 30 günlük atəşkəsə razılıq verib. Volodimir Zelenski deyib ki, atəşkəs təklifi, əvvəllər təklif olunduğu kimi, təkcə hava və dənizə deyil, cəbhə xəttinə də şamil edilir. Tərəflər həmçinin nadir torpaq metalları ilə bağlı sazişin mümkün qədər tez əldə olunması barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio Rusiyanın ən yaxın zamanda atəşkəsə razılaşacağına ümid etdiyini bildirib:

"Ümid edirik ki, ruslar mümkün qədər tez "hə" deyəcəklər və biz sonsuz dialoqlar deyil, real danışıqlardan ibarət ikinci mərhələyə keçə biləcəyik".

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ukrayna ilə danışıqların nəticələrini və atəşkəsi müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya nümayəndələri ilə görüşmək niyyətində olduğunu bildirib.

Yeni yardım paketini Macarıstan bloklaya bilər

Ekspertlər hesab edir ki, Ukrayna ABŞ-nin Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə saldı. Əgər Kreml atəşkəsə razılaşmasa, bu, ABŞ-də narazılıq yaradacaq. Qeyd olunur ki, Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib. Bu tələblər aşağıdakılardır - Ukrayna NATO üzvü olmayacaq. Krım və Ukraynanın şərq bölgələri Rusiyanın nəzarətində qalacaq.

Avropa mediasının gözləntilərinə görə, Avropa İttifaqı liderləri "Ukrayna haqqında Ukraynasız heç nə" prinsipini təsdiqləyəcək, ölkənin suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini vurğulayacaqlar. Bu yanaşma Rusiyanın tələbləri və ABŞ-nin ərazilərin güzəştə gedilməsi çağırışı ilə ziddiyyət təşkil edir. Eyni zamanda, blokun bütün dövlətləri Ukraynaya daha çox dəstəklə razı deyil. Yeni yardım paketini Macarıstan bloklaya bilər.

Avropa Müdafiə İttifaqı ideyası

Ukrayna ilə bağlı danışıqların tam vüsət aldığı məqamda özünü kənarda hiss edən Avropa ciddi narahatdır. Belə ki, ABŞ-nin NATO-dan da çıxa biləcəyi ehtimalı var. Avropada isə Avropa Müdafiə İttifaqından danışılır. Bəs bunlar baş verərsə, vəziyyət necə olacaq? Avropanın təhlükəsizliyinin qarantı kim olacaq? Bu təminatı Fransa və Böyük Britaniyanın verə biləcəyi ehtimal edilsə də, onların Avropada nə gücü, nə də siyasi nüfuzu yetərli deyil. Eyni zamanda, Almaniya da bu məsələdə istəksiz görünür.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin Avropaya qarşı davam edən bəyanatlarına cavab olaraq bildirib ki, Avropa sülh içində yaşamaq istəyir, lakin onun təhlükəsizlik nizamı sarsılır və bir çox illüziyalar dağılır. Buna görə də qitədə sülhü təmin edəcək Avropa Müdafiə İttifaqını qurmağın vaxtı gəlib. Çünki Avropa təhlükəsizlik böhranı ilə üzləşib. Onun sözlərinə görə, Aİ-nin son təcili sammitində tərəflər Avropa müdafiəsi üzrə yüksək konsensus nümayiş etdiriblər. "Soyuq müharibə"nin bitməsindən sonra bəziləri düşünürdülər ki, Rusiyanı Avropanın iqtisadi və müdafiə arxitekturasına inteqrasiya etmək olar. Digərləri ümid edirdilər ki, biz sonsuz olaraq Amerikanın tam müdafiəsinə güvənə bilərik. Buna görə də biz sayıqlığımızı zəiflətdik. Biz müdafiə xərclərimizi adi 3.5%-in də yarısından az səviyyəyə endirdik. Biz sülh dividendlərindən faydalandığımızı düşünürdük. Lakin reallıqda biz sadəcə təhlükəsizlik kəsiri yığırdıq", - deyə AK-nin rəhbəri bildirib. Onun sözlərinə görə, milli büdcələr səfərbər edilməlidir. "Bu gün biz ÜDM-nin 2%-dən az hissəsini müdafiəyə xərcləyirik. Bütün təhlillər göstərir ki, 3%-dən yuxarı göstəriciyə doğru irəliləmək lazımdır", - deyə fon der Lyayen bildirib. Əlavə edib ki, bu istiqamətdə 650 milyard avroya qədər vəsait səfərbər edə bilərlər. Onunla həmfikir olan digər Aİ rəhbərləri də hesab edirlər ki, qitədə birlik və güc vasitəsilə sülhü təmin edəcək Avropa Müdafiə İttifaqını qurmaq vaxtı gəlib.

ABŞ-yə qarşı 18 milyard avroluq cavab tədbirləri

Vaşinqton-Brüssel gərginliyi tək hərbi və təhlükəsizlik yox, iqtisadi sahədə də davam edir. Avropa Komissiyası ABŞ-nin ixracına qarşı yeni əks-tədbirlər paketi irəli sürəcək. Onlar aprelin ortalarına qədər qüvvəyə minməlidir. Cavab tədbirləri 18 milyard avro məbləğində mallara təsir edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri