Icma.az
close
up
RU
Əgər lazımi miqdarda su içilməsə,... ŞƏRH EDİLDİ

Əgər lazımi miqdarda su içilməsə,... ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Son dövrlərdə insanlar arıqlamaq üçün bəzən sağlam qidalanmağa yeniliklər gətirmək üçün müxtəlif toxumlardan istifadə edirlər. Lakin, diqqətdə olmaq lazımdır ki, toxumların tərkibində çox miqdarda makro və mikro elementlər var”. Bu sözləri SİA- ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, fərqli maddələr var ki, hər bir insanın da orqanizminin həmin maddələrə qarşı həssalığı, allergiyası ola bilər və yaxud o maddələrin qəbulunda həzm problemləri ilə üzləşə bilərlər: “Ona görə bu məqamlara peşəkarlardan dəstək alaraq məhz öz orqanizmini tanıyaraq başlamaq lazımdır. Son dövrlərdə ən çox üz tutulan toxumlardan biri də çia toxumudur ki, çia toxumunu qəbul etməyə başlayarkən yaxşı olar ki, birdən-birə çox miqdarda deyil, yarım və ya 1 çay qaşığı miqdarında başlanılsın. Suda, qatıqda və yaxud hər hansı bir mayedə isladılaraq onu daha çox yeyilə bilən hala gətirmək olar. Bəzən müxtəlif meyvə şirələrindən, qatıqdan da istifadə edirlər ki, buda onun şişməsinə, jelatin tərkibinin yaranmasına gətirib çıxardır. Nəticədə toxum daha asanlıqla həzm olunur və daha yeyilə bilən olur. Bəzən insanlar, xüsusilə qəbizlik problemi olan insanlar çia toxumunu bu problemi aradan qaldırmaq üçün istifadə edir. Bu zaman əksinə bəzən qəbizliklə üzləşirlər. Diqqət edilməlidir ki, çia toxumunu qəbul edən gün orqanizmə lazım olan miqdarda su içilməlidir. Çünki, çia toxumunu qəbul edərkən orqanizm daha çox su tələb edir. Əgər lazımi miqdarda su içilməsə, bu zaman ciddi qəbizlik ilə qarşılaşmaq olar. Eyni zamanda qəbul miqdarını yavaş-yavaş artırmaq lazımdır. Çünki tərkibindəki liflər orqanizm öyrəşmədiyi halda şişkinliyə, qaza və köpə gətirib çıxara bilər. Artıq normanı qəbul etdikdən sonra həftədə 1-2 dəfə olmaqla 15 qramdan 30 qrama qədər istifadə edilməlidir. Bu da təxmini 1-2 yemək qaşığı miqdarındadır. Həzm problemi olan insanlar çia toxumundan çox miqdarda istifadə etməməlidir. Əgər mədə-bağırsaq, şişkinlik, qaz, qəbizlikdən əziyyət çəkənlər varsa, bu məsələdə də diqqətli olmalıdırlar. Həddindən artıq çox çia toxumunu qəbul etmək bəzən qan dövranının sürətlənməsinə qanaxmaya və yaxud da qan laxtalanması problemlərinə gətirib çıxarda bilər ki, bunlara da diqqət etmək lazımdır. Eyni zamanda allergiyası olan insanlar da mütləq diqqətli olmalıdır. Bəzən olur ki, hamilə və süd verən qadınlar tez bir zamanda aldıqları çəkini vermək üçün çia toxumuna üz tuturlar ki, bunu da nəzərə almaq lazımdır.

Çia toxumunun tərkibində "Omeqa 3" yüksək miqdarda olduğuna görə həmin dövrdə qəbul olunan artıq miqdarda "Omeqa 3" orqanizmə zərər verə bilər. Bu səbəbdən diqqət edilməlidir. Əgər böyrəkdə hər hansı bir problem varsa, buna da diqqət etmək lazımdır. Çünki, tərkibində fosfor miqdarı çoxdur və fosforu çox qəbul edəndə böyrək xəstəliklərinin daha da kəskinləşməsinə gətirib çıxarda bilər. Qanda şəkər problemi olan insanlar çia toxumunu qəbul edərkən nəzərə almalıdır ki, çia toxumu şəkər xəstələrinə həm yaxşı, həm də pis təsir göstərə bilər. Əgər dərman istifadə etməyən şəkər xəstəsidirsə, qida ilə tənzimləyə bilirsə, bu zaman qanda şəkər səviyyəsini normada saxlayıb aşağı düşməsinə səbəb ola bilər. Ancaq dərman qəbul edirlərsə, bu zaman əks təsiri ola bilər ki, ona görə də diqqətli olmaq vacibdir. Ümumiyyətlə nəzərə alaq ki, gündəlik istehlak edəcəyimiz qidalardan, fərqli qidalar, xüsusilə toxumlar, bitkilərdən istifadə ediriksə, bunu peşəkarlardan, həkimlərdən, mütəxəssislərdən məsləhət alaraq istifadə etməliyik. Əks halda sağlamlığımız üçün ciddi problemlərə səbəb ola bilər”.

Müəllif: Qumral Bahadırqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri