Əgər ürəyiniz daha çox turş yeməklər istəyirsə: Deməli sizin...
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mədəbağırsağın fəaliyyəti normal olarsa insan bir çox xəstəliklərdən qorunmuş olur.
Bioloji fəal maddələr (probiotiklər) bağırsaqda yararlı mikrofloranın böyüməsinə, fəallığına kömək edir, yoğun bağırsaqdan kalsiumun sorulmasını yüksəldir, antikanserogen təsirə malikdir, xəstəlik yaradan mühitin inkişafının qarşısını alır, mədə-bağırsaqda PH (turşu-qələvi) balansını tənzimləyir, bağırsağın selikli qişasının bərpasına kömək edir, toksiki maddələri zərərsizləşdirir. Probiotiklər yerarmudu, kasnı, soğan, zəncirotu kökü,vələmir, kəvər, ənginar və almada daha çoxdur.
Orqanizmə daxil olan parazitlər, bağırsaq qurdları və göbələklər mədədə ya turşuluğu, ya da qələviliyi artırır. Burada birinci əlamət insanın turşuya və ya şirniyə meyilliliyidir: əgər ürəyiniz turş yeyəcəklər istəyirsə, deməli sizin mədə-bağırsağınızda turşuluq aşağı düşübdür və qələvilik artıb, əksinə əgər ürəyiniz şirin yeyəcəklər istəyirsə, deməli qələvilik aşağı düşüb, turşuluq artmışdır. Ən yaxşısı həkimlə məsləhət edib analiz verməkdir. PH mühitini bitkilərlə qaydaya salmaq olar.
Əgər qələvilik yüksəkdirsə pişikotu, qaraqınıq, dazı,isitməotu, gülümbahar, qanotu, gicitkən, moruq, dəvədabanı, tozağacı tumurcuqları, nanə, zəncirotu, şirquyruğu,kəklikotu, dəmrovotu, adaçayı və evkalipt bitkilərinin hər birindən çay dəmləyib içmək lazımdır.
Sevinc Hüseynova
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















