Icma.az
close
up
RU
Əgər uşağınızda bu vitamin çatışmazlığı varsa, diqqətli olun!

Əgər uşağınızda bu vitamin çatışmazlığı varsa, diqqətli olun!

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.


Mütəxəssislər D vitamini çatışmazlığı ilə bağlı xəbərdarlıq ediblər. Türkiyəli uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. Məsud Arslan D vitamini çatışmazlığının uşaqlarda sümük problemlərinə səbəb ola biləcəyini açıqlayıb.

Medicina.az xəbər verir ki, D vitamini orqanizmin böyümə, inkişaf və immunitet sisteminin tənzimlənməsində mühüm rol oynayır. Lakin onun çatışmazlığı xüsusilə uşaqlarda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Doktor Arslan bildirib ki, D vitamini çatışmazlığı uşaqlarda raxit kimi xəstəliklərə yol aça bilər:

"Sümük sıxlığına mənfi təsir edərək böyümə və inkişafda geriləmələrə səbəb ola bilər. D vitamini günəş işığı ilə sintez edilən D3 forması olaraq bədəndə aktivləşir və qidalardan da əldə edilə bilər.

Somon, skumbriya, sardina, yumurta sarısı, süd və süd məhsulları kimi yağlı balıqlar D vitamininin zəngin qaynaqlarıdır. Bugünkü həyat şəraiti, qapalı məkanlarda daha çox vaxt keçirmək və qeyri-kafi qidalanma D vitamini çatışmazlığını artıran amillərdəndir. Bu çatışmazlıq təkcə uşaqlarda deyil, böyüklərdə də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

D vitamini çatışmazlığı tez-tez infeksiyalar, saç tökülməsi, sümük ağrısı, yorğunluq, depressiya və ürək xəstəlikləri kimi bir çox problemlər yaradır".

Mütəxəssis vurğulayıb ki, D vitamini əlavələrinin qəbulu da nəzarətdə saxlanılmalıdır:

"Yüksək miqdarda D vitamini böyrək xəstəliklərinə və damar problemlərinə səbəb ola bilər. Ona görə də D vitamini müalicəsini qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməli və uyğun müalicə dozası tətbiq edilməlidir".

Aygün

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 17 May 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri