Icma.az
close
up
RU
“Əgər yerli kanallar tələbatımı ödəyirsə, “Match TV”yə niyə baxım ki?!”

“Əgər yerli kanallar tələbatımı ödəyirsə, “Match TV”yə niyə baxım ki?!”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azarkeşlər Azərbaycanda hansısa xarici telekanalın yayımının bağlanmasına niyə kəskin reaksiya verirlər?! Çünki onlar həmin telekanalda yayımlanan futbol matçının canlı yayımını yerli kanallarda tapa bilmirlər. Ölkədə idman kanalları var və dövlət onlara vəsait ayırır. Amma o kanallar hətta populiyar çempionatların yayımını belə təşkil edə bilmirlər”.

Bu sözləri "Yeni Sabah"a danışan idman jurnalisti, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.

O, qeyd edib ki, yerli idman kanalları bu sahədə xeyli tənbəldir:

“Bu qərarı dövlət veribsə, yəqin ki, müəyyən səbəbləri var. Amma mən azarkeşlərin də narazılığını başa düşürəm. Azarkeşəmsə, müəyyən yollar axtarmalı və maraqlandığım oyuna baxmalıyam. Yerli kanalda matçı tapmayanda isə xarici telekanallara üz tuturam. Bax bu problem aradan qaldırılmalıdır! 

Sən azarkeşin istəyini, tələbini yerinə yetirəcək işi görməlisən. Əgər Azərbaycan telekanalları tələbatımı ödəyirsə, mən “Match TV”yə niyə baxmalıyam ki?! Axı burada məntiq yoxdur! Mən “Match TV”yə baxıramsa, deməli, tələbatımı ödəyir.

Yəni hər zaman olduğu kimi, problemi aradan qaldırmır, əvəzində azarkeşlər üçün əlçatan olan yayımı əlindən alırıq. Təbii ki, bu, haqlı narazılıq yaradacaq. Əgər “Match TV” yayımı dayandırılıbsa, onun göstərdiyi oyunları zəhmət çəksin dövlətdən maliyyələşən idman kanalları yayımlasın”.

İdman yazarı bildirib ki, idman verilişləri bazarında rəqabət mümkündür və hər hansı möhtəkirlik də ola bilər:

“Azərbaycan bazarını o qədər də böyük bazar hesab etmirəm. Bu ölkədən nə qədər qazanmaq olar ki?! Hər halda söhbət milyonlardan getmir. Kiçik məbləğə görə rəqabətin aparıla biləcəyini və intriqaların gedəcəyini düşünmürəm. Çünki Azərbaycan yayım bazarı çox kiçikdir. Amma bütün hallarda bu varinatı istisna etmək olmaz”.

Xatırladaq ki, Audiovizual Şura bir sıra idman telekanallarının ("Matç TV! Futbol 1", "Matç TV! Futbol 2", ""Matç! Futbol 3", "Мatç! Premyera", "Мatç! İqra", "Мatç! Arena", "Мatç! Strana", "Мatç!") Azərbaycanda yayım hüququnun olmadığını bildirməklə onlara girişi bloklayıb.

Bu kanallara giriş ödənişli idi.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri