Icma.az
close
up
RU
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir SORĞU

Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir SORĞU

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.

STM-dən Oxu.Az-a verilən məlumata görə, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük Qayıdış və bərpa-quruculuq, hərbi quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.

Sorğunun nəticələrinə əsasən, Prezidentin xarici siyasət sahəsində fəaliyyətini respondentlərin 67.8%-i çox yaxşı, 24.4%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 1%-i bu sahədə fəaliyyəti əsasən pis, 0.6%-i çox pis kimi dəyərləndirib. Respondentlərin 6.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Nəticələr Azərbaycanın xarici siyasət kursuna - xüsusən regional əməkdaşlıq, geosiyasi balanslaşdırma və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəaliyyətə yüksək ictimai dəstəyin olduğunu göstərib.

Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Topludan nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistikaya uyğun olmaqla müəyyən edilib.

Sorğularda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.

Sorğunun sahə işi (məlumatların toplanılması) 2025-ci ilin 10 iyun - 18 iyun tarixləri arasında icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli fərdi müsahibə (CAPI) üsulundan istifadə olunub.

Sorğular Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarını əhatə edib. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları sorğuda əhatə olunmayıb. Sorğular 7 respublika tabeli şəhər, 34 rayon olmaqla ümumilikdə ölkənin 41 rayon və şəhərində keçirilib.

Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Həmçinin onlar tərəfindən bütün müsahibələrdə anonimlik təmin edilib, respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı, nəticələrin yalnız tədqiqat məqsədləri üçün istifadə ediləcəyi barədə məlumatlar verilib.

Sorğuda iştirak edənlərin sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyul 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri