Icma.az
close
up
RU
STM Prezidentin fəaliyyəti ilə bağlı sorğu keçirib

STM Prezidentin fəaliyyəti ilə bağlı sorğu keçirib

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Vətəndaşlar Prezidentin Böyük qayıdış və hərbi quruculuq sahəsində fəaliyyətini yüksək qiymətləndirir

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.

AYNA.AZ xəbər verir ki, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük qayıdış və bərpa-quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.

Prezidentin Böyük qayıdış və bərpa-quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.6%-i çox yaxşı, 24.6%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 2.0%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.5%-i çox pis olduğunu bildirib. 2.3%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Tədqiqatın nəticələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələrinin, bərpa və yenidənqurma tədbirlərinin, qayıdış prosesi və yenidən məskunlaşma fəaliyyətinin ictimai rəyin formalaşmasında mühüm rol oynadığını göstərib.

Prezidentin hərbi quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.4%-i çox yaxşı, 22.7%-i isə əsasən yaxşı olaraq qiymətləndirib. Onların 1.6%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 0.7%-i çox pis olduğunu bildirib. 5.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Prezidentin milli təhlükəsizlik sahəsində fəaliyyətini respondentlərin 58.7%-i çox yaxşı, 29.5%-i əsasən yaxşı olaraq dəyərləndirib. Sorğu iştirakçılarının 1.3%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.3%-i çox pis olduğunu bildirib. 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Ümumi nəticələr dünyada və regionda baş verən hərbi münaqişələr fonunda təhlükəsizlik məsələsinin ictimaiyyət üçün prioritet olduğunu, ordunun modernləşdirilməsi və müdafiə sənayesi sahəsində fəaliyyətin yüksək qiymətləndirildiyini deməyə əsas verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri