Icma.az
close
up
RU
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu sahələrə daha çox pul ayrılacaq Xəbər saytı Son xəbərlər və Hadisələr

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu sahələrə daha çox pul ayrılacaq Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Gələn ilin büdcəsində bəzi sahələrin xərclərinin kəskin azalması, bəzilərinin isə artması qeyd olunur

Bəs, büdcə müzakirələrindən sonra hansı sahələrə az, hansılara isə daha çox maliyyə ayrılacaq?

BAKU.WS xəbər verir ki, bu sualı millət vəkili Vüqar Bayramov real tv-nin efirində cavabalandırıb. Deputat qeyd edib ki, prioritet sahələrdə azalmalar yoxdur və sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar var:

"Büdcə xərclərində 16,9 milyard manatlıq bir sosial xərc var. Bu, ümumi büdcə xərclərinin 41 faizi deməkdir. Yəni dövlət büdcəsindən ayrılan hər 100 manatdan 41 manatı sosial istiqamətə yönəldiləcək.

Eyni zamanda, büdcənin sosial müdafiə və sosial təminat xərclərində 4,8 milyard manat vəsait nəzərdə tutulub. Bu, əvvəlki illə müqayisədə təxminən 10 faizə yaxın artım deməkdir. 2025-ci ildə sosial paket dərinləşəcək və təxminən 3 milyon vətəndaşı əhatə edəcək sosial paket reallaşacaq. Bura minimum əmək haqqı, minimum pensiya, eyni zamanda bütün növ əmək pensiyalarının indeksləşdirilməsi, o cümlədən sosial müavinət və təqaüdlərdə artımlar daxildir.

Amma bir sıra istiqamətlər var ki, cənab Prezidentin imzaladığı sərəncamla bəzi publik hüquqi şəxslərin ləğvi həyata keçirildi. Bəzi sektorlar artıq daha çox gəlirə malikdir və onlar özünü daha çox gəlirə malik olduğuna görə subsidiyanın və ya büdcədən ayırmaların həcminə təsir göstərir. Bəzi sektorlarda isə strukturun dəyişməsi fonunda biz daha az vəsaitin büdcədən ayrılmasını müşahidə edirik.

Amma prioritet sahələrə baxsaq, istər sosial olsun, istər təhsil olsun, istər səhiyyə olsun və ya milli təhlükəsizlik olsun, Qarabağ və Şərqi Zəngəzurun bərpası olsun, bu istiqamətlərin heç birində azalmalar nəzərdə tutulmayıb. Əksinə, o istiqamətlərdə artımlar nəzərdə tutulub. Bu baxımdan prioritet istiqamətlər üzrə hər hansı bir azalma yoxdur. Əslində biz 2025-ci ilin büdcə gəlirləri və xərclərinə baxsaq, əvvəlki illə müqayisədə artıb. Çünki 2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə manat ifadəsində ən böyük büdcəsi olacaq. Çünki bu xərclərdə artımlar var, və ilk dəfə xərclər 40 milyardı keçəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri