Icma.az
close
up
RU
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gələn ilin büdcəsində bəzi sahələrin xərclərinin kəskin azalması, bəzilərinin isə artması qeyd olunur

Bəs, büdcə müzakirələrindən sonra hansı sahələrə az, hansılara isə daha çox maliyyə ayrılacaq?

News24.az Baku.ws-a istinadla xəbər verir ki, bu sualı millət vəkili Vüqar Bayramov real tv-nin efirində cavabalandırıb. Deputat qeyd edib ki, prioritet sahələrdə azalmalar yoxdur və sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar var:

"Büdcə xərclərində 16,9 milyard manatlıq bir sosial xərc var. Bu, ümumi büdcə xərclərinin 41 faizi deməkdir. Yəni dövlət büdcəsindən ayrılan hər 100 manatdan 41 manatı sosial istiqamətə yönəldiləcək.

Eyni zamanda, büdcənin sosial müdafiə və sosial təminat xərclərində 4,8 milyard manat vəsait nəzərdə tutulub. Bu, əvvəlki illə müqayisədə təxminən 10 faizə yaxın artım deməkdir. 2025-ci ildə sosial paket dərinləşəcək və təxminən 3 milyon vətəndaşı əhatə edəcək sosial paket reallaşacaq. Bura minimum əmək haqqı, minimum pensiya, eyni zamanda bütün növ əmək pensiyalarının indeksləşdirilməsi, o cümlədən sosial müavinət və təqaüdlərdə artımlar daxildir.Amma bir sıra istiqamətlər var ki, cənab Prezidentin imzaladığı sərəncamla bəzi publik hüquqi şəxslərin ləğvi həyata keçirildi. Bəzi sektorlar artıq daha çox gəlirə malikdir və onlar özünü daha çox gəlirə malik olduğuna görə subsidiyanın və ya büdcədən ayırmaların həcminə təsir göstərir. Bəzi sektorlarda isə strukturun dəyişməsi fonunda biz daha az vəsaitin büdcədən ayrılmasını müşahidə edirik.

Amma prioritet sahələrə baxsaq, istər sosial olsun, istər təhsil olsun, istər səhiyyə olsun və ya milli təhlükəsizlik olsun, Qarabağ və Şərqi Zəngəzurun bərpası olsun, bu istiqamətlərin heç birində azalmalar nəzərdə tutulmayıb. Əksinə, o istiqamətlərdə artımlar nəzərdə tutulub. Bu baxımdan prioritet istiqamətlər üzrə hər hansı bir azalma yoxdur. Əslində biz 2025-ci ilin büdcə gəlirləri və xərclərinə baxsaq, əvvəlki illə müqayisədə artıb. Çünki 2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə manat ifadəsində ən böyük büdcəsi olacaq. Çünki bu xərclərdə artımlar var, və ilk dəfə xərclər 40 milyardı keçəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Noyabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri