Icma.az
close
up
RU
Əhalinin 9,8 faizi artıq çəkiyə malikdir “30 il əvvəl bu say qorxuducu deyildi”

Əhalinin 9,8 faizi artıq çəkiyə malikdir “30 il əvvəl bu say qorxuducu deyildi”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Böyüklərdə oturaq iş rejimi, uşaqlarda isə dərs zamanı uzun müddət hərəkətsiz qalma, telefona baxma və kompüter oyunları maddələr mübadiləsini zəiflədir və piy qatının yaranmasına gətirib çıxarır".

Bunu “Yeni Sabah”a diyetoloq Nərgiz Nəzirova bildirib.

Artıq çəkinin bütün dünyada qlobal bir problemə çevrildiyini deyən Nəzirova statistik məlumatları şərh edib. Pepperoni pizza

Azərbaycanda 15 yaşdan yuxarı insanların orta boyu 167,4 sm, orta çəkisi isə 69,7 kiloqramdır. Əhalinin 9,8 faizi artıq çəkiyə malikdir. Bu, piylənmə və digər problemlərə işarədir.

Diyetoloq bildirib ki, hətta 20-30 il əvvəl bu rəqəmlər qorxuducu deyildi:

"167,4 sm boyu və 69,7 kq çəkisi olan insan artıq kökəlməyə meyillidir və bu, sonradan piylənməyə gətirib çıxara bilər. Çəkinin artmasının səbəbləri müxtəlifdir və əhalimizdə artıq çəkidən əziyyət çəkən insanlarda səbəblərin çoxu müşahidə olunur.

İlk növbədə, yanlış qidalanma problemin əsas amilidir. Yüksək kalorili yeməklərin çox qəbul olunması, tez həzm olunan karbohidratların – şirniyyat, şirin qazlı içki və ağ çörəyin qəbulu, gün ərzində qida rasionunun düzgün tənzimlənməməsi və sistematik şəkildə yemək vaxtının buraxılması çəkinin artmasına şərait yaradır.

Digər mühüm səbəb fiziki aktivliyin azlığıdır. Böyüklərdə oturaq iş rejimi, uşaqlarda isə dərs zamanı uzun müddət hərəkətsiz qalma, telefona baxma və kompüter oyunları maddələr mübadiləsini zəiflədir və piy qatının yaranmasına gətirib çıxarır.

Çox vaxt çəki artımı hormonal dəyişikliklərlə də bağlı olur. Xüsusən, qadınlarda hamiləlik dövründə və menopauza zamanı bu hal normal hesab edilir. Bununla yanaşı, hipotireoz kimi endokrinoloji problemlər də kökəlməyə səbəb ola bilir.

Yuxu pozğunluqları da bu məsələdə önəmli amildir. İnsanların yatmazdan əvvəl uzun müddət telefonla vaxt keçirməsi və gec yuxuya getməsi çəkinin artmasına şərait yaradır. Psixoloji faktorlar da bu prosesdə böyük rol oynayır. Stress, davamlı depressiya və s. emosional yeməklənməyə və nəticədə kökəlməyə gətirib çıxara bilir.

Bəzi hallarda isə köklük genetik mənşəli olur. Maddələr mübadiləsi zəif olan insanlarda bu problem daha tez üzə çıxır və belə hallarda qida rasionunun ciddi nəzarət altında saxlanılması vacibdir”.

“Düzgün balanslaşdırılmış qida rasionu tərtib olunmalı, yeməklər vaxtında qəbul edilməli, xüsusilə yay günlərində kifayət qədər su içilməlidir, - Nərgiz Nəzirova vurğulayıb. - Davamlı fiziki aktivlik də önəmlidir. Gün ərzində 1-2 saat gəzinti kifayət edir. Yatmazdan bir saat əvvəl telefondan istifadə etməmək və beynin dincəlməsinə şərait yaratmaq da sağlam yuxu üçün əhəmiyyətlidir. Həmçinin rasionda meyvə və tərəvəzlərin bol olması, xüsusilə axşam yeməklərində tərəvəzlərə üstünlük verilməsi tövsiyə olunur. Əgər çəki artımının səbəbi aydın deyilsə və səbəbsiz kilo yığılmağa başlanırsa, bu halda mütləq həkimə müraciət etmək vacibdir”.

Aytac Əliyeva   


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri