Əhalinin NƏZƏRİNƏ: Bulvarda olan attraksionlar...
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə başlayır.
Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl istismar müddəti başa çatdığı və təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün fəaliyyəti dayandırılan attraksionlar yenilənib.
Hazırda sözügedən ərazidə tamamilə yeni, beynəlxalq standartlara cavab verən, müasir və təhlükəsiz attraksionlar quraşdırılıb.
İctimai rəyi və təhlükəsizlik amilini nəzərə alan idarə attraksionların yenilənməsi istiqamətində müvafiq işlər görüb.
Dənizkənarı Milli Parkın ənənəvi əyləncə zonası bu gündən yenidən ziyarətçilərin ixtiyarına veriləcək.

