Əhalinin NƏZƏRİNƏ: Hazırlıqlı olun, zəlzələ riski var… KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda gecə saatlarında yeraltı təkanlar qeydə alınıb. AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ölkə ərazisində ardıcıl iki zəlzələ baş verib. İlk təkan yerli vaxtla saat 02:13-də, ikinci isə 02:50-də müşahidə olunub. Seysmoloqlar bildiriblər ki, zəlzələlər əsasən Zərdab və Ağdaş istiqamətində hiss olunub.
Maraqlıdır, regionda güclü zəlzələ riski varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, regionda zəlzələ riski hər zaman mövcuddur və əsas məsələ buna hazırlıqlı olmaqdır:
“Zəlzələ ilə bağlı deyə bilərəm ki, bəli, zəlzələ olacaq. Biz isə hökumətimiz və xalqımızla bərabər buna ön hazırlıqlı olmalıyıq.”
Mütəxəssis qeyd edib ki, seysmik aktiv zonada yerləşən Azərbaycan üçün maarifləndirmə, binaların dayanıqlığının artırılması və fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsi prioritet olmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 Noyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















