Icma.az
close
up
RU
Əhalinin sağlam qidalanmasının təmini Qida təhlükəsizliyi siyasəti

Əhalinin sağlam qidalanmasının təmini Qida təhlükəsizliyi siyasəti

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı geniş sosial-iqtisadi islahatlar çərçivəsində qida təhlükəsizliyi sahəsində də mühüm institusional və sistemli tədbirlər həyata keçirilib. Dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri qida zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılmasını hədəfləyir. Bu tədbirlərin icrasını təmin etmək məqsədilə Prezidentin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyəti dövründə qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional inkişaf, maddi-texniki təminat və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Prezidentin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və uğurla yekunlaşmaq üzrədir.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, dövlətimizin başçısının apardığı islahatlara uyğun olaraq, qabaqcıl beynəlxalq təcrübə əsasında “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qəbul edilib, “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” Qanun layihələri aidiyyəti üzrə təqdim olunub. Qida təhlükəsizliyi ilə bağlı sanitariya, fitosanitar və baytarlıq normaları və təlimatları hazırlanıb və təsdiqlənib.

Prezidentin iqtisadi islahatları nəticəsində Azərbaycan məhsullarının ixrac bazarlarının şaxələndirilməsi istiqamətində mühüm tədbirlər icra edilib. Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıq məhsullarına “yaşıl dəhliz” rejimi tətbiq olunub və məhsulların ixracı üçün sertifikat tələbi aradan qaldırılıb. Gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıqlardan əldə olunan kürü məhsullarının Avropa ölkələrinə ixracı təmin edilib. Eyni zamanda, balıq məhsullarının ixracına da razılıq əldə olunub. Cari ildə fındıq, badam və quşçuluq məhsullarının Çinə ixracı ilə bağlı razılıq əldə edilib. Azərbaycandan 7 ölkəyə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Birləşmiş Ərəb Əmirliklərinə ərzaqlıq yumurta ixrac olunur.

Qida təhlükəsizliyi sahəsinə aid məhsulların idxal və ixracına nəzarətin effektiv şəkildə təmin edilməsi məqsədilə Qazax rayonu ərazisində, Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazidə “Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsi yaradılıb və fəaliyyətə başlayıb. Heyvan sağlamlığı və rifahı sahəsində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır. Həmçinin Azərbaycanın qonşu ölkələr (Rusiya, Qazaxıstan) tərəfindən atların manqo xəstəliyindən azad ölkə kimi qəbul edilməsinə nail olunub və atların Orta Asiya ölkələrinə ixracı təmin edilib.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, ÜHST-yə təqdim edilib.

Ağstafa, Beyləqan, Samux, Füzuli və İmişli rayonlarından istifadəyə yararsız pestisidlərin və çirklənmiş torpaqların “Cəngi pestisid poliqonu”na daşınması həyata keçirilib və beton quyularda (bunkerlərdə) yerləşdirilməsi təmin olunub.

Agentlik tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələri üzrə 19 ölkə ilə 40-dan çox qarşılıqlı əməkdaşlıq və tanınma sazişləri, anlaşma memorandumları, protokollar və digər sənədlər imzalanıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda aparılan qiymətləndirmə nəticəsində ölkəmizdəki mövcud qida təhlükəsizliyi sisteminin səriştələr üzrə (kompetensiya) hər birinin nəzərə alındığı və işlək olduğu aşkarlanıb.

Laboratoriya infrastrukturunun yenilənməsi, müasir avadanlıqlarla təchizatın gücləndirilməsi, səriştəliliyin artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilib.

Bütün həyata keçirilən tədbirlər göstərir ki, ölkə rəhbəri İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə qida təhlükəsizliyi uğurla təmin olunur, beynəlxalq standartlara uyğun mexanizmlər formalaşdırılıb, əhalinin sağlam qidalanması təmin edilir və Azərbaycan məhsullarının ixrac imkanları əhəmiyyətli dərəcədə genişləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri