Icma.az
close
up
RU
Qida təhlükəsizliyi sağlam həyatın önəmli təməlidir

Qida təhlükəsizliyi sağlam həyatın önəmli təməlidir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər ölkəmizin müxtəlif şəhər və rayonlarında kütləvi qida zəhərlənmələrinə rast gəlinir. Qida zəhərlənmələri bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida və suyun qəbulunun səbəb olduğu xəstəliklərdir. Bakteriyaların çoxalması üçün əlverişli olan temperatur yay aylarında qidaların daha tez pozulmasına və yaranmış bakteriyaların xarakterinə görə müxtəlif qida zəhərlənmələrinə səbəb olur. Zəhərlənmə halları payız aylarında da müşahidə edilir. Mütəxəssislərin fikrincə, qida zəhərlənmələrinin qarşısını almaq üçün qidanın alınması, saxlanması, hazırlanması və şəxsi gigiyena mərhələlərində qaydalara əməl etmək lazımdır.

XQ-yə açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, kütləvi məclislərdə qida zəhərlənmələrinin qarşısını almaq üçün müxtəlif tədbirlər görülsə də, bəzən evlərdə və yaxud da xüsusi icarəyə götürülmüş mərasim evlərində tədbirlər həyata keçirilir. Ona görə mütləq şəkildə bu mərasimi həyata keçirənlər qidanın mənşəyinə diqqət etməlidir, məhsulları doğru, nəzarətdən keçən yerlərdən almalıdır, ət, süd məhsullarını, yumurta, digər tez xarab olma olan məhsulların saxlanma şəraitinə diqqət etməlidir. Paketlənmiş məhsulda son istifadə tarixinə baxılmalıdır, soyuq zəncir prinsipi qorunmalıdır. Əvvəldən salatların hazırlanması, xüsusilə də çiy məhsulla bişmiş məhsuldan qarışıq, mayonezli məhsullar hazırlanırsa, bunlar riskli məhsullar sırasındadır. Əgər dövlət nəzarətindən keçən yerlərdirsə, ictimai iaşə obyektləridirsə, burda nəzarət etmək mümkündur. Ancaq bir çox hallarda qeyd etdiyimiz kimi, vətəndaşların özlərinin seçdiyi yerlərdə və yaxud da evlərdə olursa, bu zaman hər hansı bir qurumun nəzarət etməsi, təbii ki, mümkünsüz ola bilər. Ona görə qida təhlükəsizliyi hər bir insanın ortaq məsuliyyəti olmalıdır. Xüsusilə də kütləvi məclis keçirirsə, bunun məclisində azyaşlılar, yuxarı yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və südverən qadınlar ola bilər ki, bunlar yüksək risk qrupundadır. Təbii ki, bir insanın səhvinə görə yüzlərlə insan ciddi zərər çəkə bilər. Ona görə bu hallarda məclisi təşkil edən vətəndaşlar da məsuliyyətli olmalıdır. Əgər bu işi peşəkar, təhlükəsiz şəkildə bacarmayacaqsa, mütləq şəkildə dəstək almalıdır və yaxud da həmin gün üçün hazırlanan, xüsusilə də bişmiş qidaların doğru temperaturda saxlanılmasına da diqqət etməlidir.

Həmsöhbətim qeyd edir ki, xüsusilə yay aylarında temperaturun yüksək olmasına görə bir çox qidada bəzi mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır ki, bu da, təbii ki, kütləvi surətdə qida zəhərlənmələrinin sayının artmasına gətirib çıxarır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əvvəllər dünyada hər il 600 milyondan çox insan qida zəhərlənməsindən əziyyət çəkirdisə, bu il 866 milyona yüksəlib. Və qida zəhərlənməsindən 1,5 milyona yaxın, bəzən də bundan artıq insan həyatını itirir. Ona görə qida zəhərlənmələrindən özümüzü qorumaq üçün mütləq şəkildə təhlükəsiz qidalarda onların, birinci, sanitar-gigiyena qaydalarına uyğun saxlanılmasıdır. Hazırlayarkən, bişirərkən əllərin gigiyenasına diqqət etmək də vacibdir. Mütləq çiy və bişmiş qidanı ayrı saxlamaq lazımdır. Ət məhsullarında istifadə olunan bıçaq və doğrama taxtası, lövhələri ayrı olmalıdır. Çiy qidaya vurulmuş boşqablar, bıçaqlar, lövhələr bişmiş qıdaya toxunmamalıdır. Qida, xüsusilə də ət və süd, heyvan məhsulları tam bişirilməlidir. Daxili temperaturu 74 dərəcəni keçməlidir. Bəzən tez olsun deyə kütləvi məclislərdə adi kabablar belə və yaxud ət məhsulları belə sadəcə üstü bişir, içi tam bişmədiyi halda servis edilir ki, bu da onun daxilinin tam bişməməsinə, xüsusilə zərərli mikroorqanizmlərin məhv olmamasına gətirib çıxarır ki, bu da bir çox hallarda qida zəhərlənməsinə səbəb olur.

Məhsəti Hüseynovanın fikrincə, temperatur rejiminə də diqqət etmək vacibdir. Xüsusilə tez xarab olan qidalar var ki, bunlar mütləq 0–4 dərəcə altında, uzun müddət saxlanılacaqsa -18 dərəcədə saxlanılmalıdır. Bişirilmiş yeməklər soyuq aylarda 2 saatdan çox otaq temperaturunda qala bilərsə, bu, yay aylarında 1 saata, hətta yemək artıq öz istiliyini azaltdısa, bir az ilıq oldusa, artıq soyuducuya yerləşdirilməlidir. 4 dərəcə ilə 60 dərəcə arasındakı temperatur bütün qidalar üçün, xüsusilə də yüksək risk qrupuna aid olan qidalar üçün riskli temperatur aralığı hesab olunur ki, ona görə də buna diqqət etmək lazımdır. Və mütləq istifadə edərkən təhlükəsiz, təmiz, içməli sudan istifadə edərək meyvə-tərəvəzlər yaxşı yuyulmalıdır. Şübhəli, mənşəyi bəlli olmayan yerdən əldə olunan, çirkli sulardan və yaxud da mənşəyi zərərli yerlərdən gələn sulardan istifadə olunmamalıdır. Xammal keyfiyyətli olmalıdır, düzgün saxlanılmalıdır, paketlənmiş məhsuldursa, son istifadə müddəti bitməməlidir.

Sağlam qidalanma mütəxəssisinin fikrincə, bir çox hallarda mayonez, ketçup, bu kimi souslar açıldıqdan sonra qısa müddətdə istifadə olunmalıdır. Düzgün temperaturda saxlanılmalıdır ki, buna da çox vaxt əməl olunmur və yaxud açıldıqdan sonra o qısa müddət deyil, son istifadə müddətinə baxıb istifadə edirlər ki, bu da bir çox hallarda zəhərli maddələrin yaranmasına gətirib çıxara bilər. Qidaları qəbul edərkən onun iyində, dadında, görüntüsündə xoşagəlməz hal varsa, bu zaman qətiyyən istifadə etmək olmaz. Amma bir çox hallarda bu məhsullar, xüsusilə də paketlənmiş məhsullar iylərini, dadını, qoxusunu dəyişmir. Ona görə, əgər son istifadə müddəti bitibsə, onlardan istifadə olunmamalıdır. Çünkü bütün zərərli mikroorqanizmləri qoxuyla, dadla və yaxud da görünüşdə hiss etməyə bilərik, görməyə bilərik ki, buna da diqqət etmək lazımdır. Restoranlarda, xüsusilə ictimai iaşə obyektlərində əmin olmadığınız yerlərdə öncədən bişirilib hazırlanmış qidaları sifariş verməməyiniz tövsiyə olunur, çünkü bəzən bunlar günlərlə soyuducuda qalır, dəfələrlə donu açılıb istifadə olunursa, bu da zəhərlənməyə gətirib çıxarır ki, buna da xüsusi diqqət etmək tövsiyə olunur.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri