Icma.az
close
up
RU
Əhalinin xərclərinin 60 faizindən çoxunu ərzaq və dərman təşkil edir

Əhalinin xərclərinin 60 faizindən çoxunu ərzaq və dərman təşkil edir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əhalinin yanvar ayı üçün xərcləri açıqlanıb. Ümumi mənzərə baxımından əvvəlki aylardan fərq hiss olunmur. Yenə xərclərin 50 faizindən çoxu ərzağa gedib. Tütün və spirtli içkiyə yönəldilmiş vəsait göstəricini 55 faizə çatdırır. Bəzi məhsulların qeyri-ərzaq istiqamətində yer alması isə gündəlik tələbat mallarının faizinin çox artmamasına xidmət edir.

Bizimyol.info xəbər verir ki, yanvar ərzində ölkədə pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,3 milyardı ərzaq məhsullarına aiddir. Xərcin 230 milyon manatı tütün məmulatlarına və spirtli içkilərə gedib. Məbləğin 2,2 milyard manatı qeyri-ərzaq mallarına sərf olunub.

Yazdığımız kimi, ciddi dəyişiklik gözə dəymir. Yenə də xərcin 54-55 faizi gündəlik tələbat mallarına yönəlir. Bəs dərman? Bu haqda geniş danışılmır. Dərman qeyri-ərzaq malları sırasında görünür. Əlbəttə, buna irad bildirmək olmaz. Əsas məsələ əhalinin dərman preparatlarına böyük məbləğ xərcləməsidir. Bununla bağlı hər hansı geniş statistika görmürük. Sanki dərmanla bağlı müfəssəl məlumat vermək olmaz.

Bəs əhali dərman preparatlarına nə qədər xərcləyir?

Ekspertlər hesab edir ki, ölkədə insanlar dərmana tütün məmulatlarına və spirtli içkiyə xərclədiyindən iki dəfə çox məbləğ ayırmalı olur. Onlar bu istiqamətə ümumi xərcin 8 faizindən çoxunun yönəldiyini bildirir. Bəlkə də, dərman xərcləri faizi iki rəqəmlə ifadə olunmalıdır. Çünki pensiyaçıların müavinətin azı 20 faizini dərman preparatlarının alınmasına sərf etməsi ilə bağlı araşdırmalar var. Çox təəssüf ki, Dövlət Statistika Komitəsi geniş məlumat verməkdən yayınır. Buna görə də əlimizdə daha dəqiq statistika yoxdur.

Yəqin ki, bu rəqəmlərlə tanışlıqdan sonra əhalinin necə dolanması barədə mübahisəyə yer qalmır. İnkişaf etmiş ölkələrdə əhali xərclərinin 15 faizindən az hissəsini ərzağa yönəldir. Dərman xərcləri isə bir o qədər böyük olmur. Bizdə isə hər iki istiqaməti nəzərə alsaq, faiz 60-ı keçir. Yəni ən aşağı şərtlərlə həyatda qalmaqdan başqa seçim qalmayıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Fevral 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri