Icma.az
close
up
RU
AXC indiki Ermənistanın 60% dən çoxunu əhatə edir Mirzoyan

AXC indiki Ermənistanın 60% dən çoxunu əhatə edir Mirzoyan

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Xalq Cümhuriyyəti indiki Ermənistanın suveren ərazilərinin 60%-dən çoxunu əhatə edir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə KİV-ə müsahibəsində deyib. 

"Azərbaycan Konstitusiyasında İstiqlal Bəyannaməsinə istinad var. Onların İstiqlal Bəyannaməsində bəyan edilir ki, indiki Azərbaycan Respublikası SSR-in deyil, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Sovet İttifaqından əvvəl mövcud olmuş ilk Azərbaycan Respublikası isə indiki Azərbaycandan qat-qat böyük ərazilər üzərində öz suverenliyini elan edib. O, indiki Ermənistanın suveren ərazilərinin 60%-dən çoxunu əhatə edir", - deyə Mirzoyan qeyd edib. 

Nazir həmçinin bildirib ki, İrəvan sülh sazişini imzalamağa hazırdır: "Dünyada bütün mümkün suallara cavab verəcək sülh sazişi yoxdur. Əgər iki cəmiyyət arasında düşmənçilik və qarşıdurma varsa, bir sənədlə hər şeyi həll edə bilməzlər. Sülh sazişi ikitərəfli mexanizmin - komissiyanın yaradılmasını nəzərdə tutur ki, bu mexanizm sazişin icrasına nəzarət edəcək, həmçinin proses zamanı qeydə alına biləcək və çox güman ki, bütün mümkün çətinliklər və qanun pozuntuları ilə məşğul olacaq. Başqa sözlə, biz bu problemləri idarə etmək üçün toplu hazırlayırıq". 

Mirzoyan sülh sazişinin imzalanma yeri kimi Türkiyənin ev sahibi ola bilməsi ilə bağlı jurnalistin sualına belə cavab verib: "Düşünürəm ki, hər kəs üçün bütün nüansları başa düşmək vacibdir, əks halda mövcud vəziyyət haqqında dəqiq təsəvvürünüz olmayacaq. Bəli, alternativ olmadığına görə danışıqlar aparırıq. Əgər bizim sülh gündəmimiz varsa, o zaman danışıqlara hansı alternativ ola bilər? Beləliklə, danışıqlar davam edir. Yerə gəlincə, bilirsiniz, bu vacib deyil. Bunu Ermənistanla Azərbaycan sərhədində imzalamaq fikri var. Daha bir neçə paytaxt öz xidmətlərini təklif edir, mən heç nəyi istisna etmirəm. Mən hələ o təklifi almamışam. Heç bir variantı istisna etmirəm". 

Nazir həmçinin ölkədə konstitusiya dəyişikliyindən də damnışıb: "Ermənistanda demokratik inqilab baş verəndə və indiki hakim partiyamız hakimiyyətə gələndə biz demək olar ki, dərhal Konstitusiyamıza dəyişiklik edəcəyimizi bəyan etmişdik. İndi isə bu, təkcə mövcud Konstitusiyaya dəyişiklik deyil, həm də yeni Konstitusiya olacaq. Konstitusiya dəyişiklikləri ilə məşğul olan mövcud komitə hüquqi mexanizmləri müzakirə edir və bildiyim qədər, komitənin mandatı 2026-cı ildə başa çatır. Həmin ildə parlament seçkilərimiz var. Deməli, 2018-ci ildən biz yeni Konstitusiyaya ehtiyacın olmasında israrlıyıq və bu, gündəmimizdə qalır. Biz bunu həyata keçirməyə hazırlaşırıq.

Amma məsələni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə əlaqələndirmək konstruktiv deyil". 

XİN rəhbəri Aİ müşahidəçiləri ilə bağlı verilən sualı da cavablandırarkən qeyd edib ki, Avropa Monitorinq Missiyasının mandatı ilk növbədə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə, eləcə də sərhəddə sabitliyin təmin edilməsinə yönəlib: "Sülh müqaviləsi imzalanan və qüvvəyə minən kimi artıq belə bir missiyaya ehtiyac qalmayacaq.

Bu o deməkdir ki, sərhəd boyu sabitlik bərqərar olduqdan sonra mandat, missiya tamamlanıb və heç bir əlavə işə ehtiyac qalmayacaq". 

Mirzoyanın sözlərinə görə, hazırda üç ölkənin (Azərbaycan, Türkiyə və Ermənistan) birgə görüşü ilə bağlı heç bir razılaşma və ya plan yoxdur: "Lakin bir sıra müzakirələr gedir. Ümid edirik ki, bu prosesin müsbət nəticəsi olacaq". 

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri