Icma.az
close
up
RU
Əhaliyə XƏBƏRDARLIQ “Benzin və dizel BAHALAŞA BİLƏR”

Əhaliyə XƏBƏRDARLIQ “Benzin və dizel BAHALAŞA BİLƏR”

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiq olunmasını təklif edib. Bunu Dünya Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində “Karbon Qiymətqoyması və Beynəlxalq Karbon Bazarları” mövzusunda keçirilən seminarda Dünya Bankının Azərbaycandakı heyət rəhbəri Yasemin Oruc bildirib.

O, ölkədə karbon qiymətqoyma siyasətinə keçidlə bağlı tövsiyələrini açıqlayıb.
 

Yasemin Orucun sözlərinə görə, əgər Azərbaycan hökuməti karbon qiymətqoyma alətlərini tətbiq etmək qərarına gəlsə, bu proses karbon tərkibli yanacaq növlərinə görə tətbiq edilən karbon vergisi ilə başlanmalıdır.

Azərbaycanda karbon vergisi tətbiq oluna bilər?
 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, Dünya Bankı bütün dünyada karbon emissiyasının azaldılması üçün ayrı-ayrı ölkələrə təkliflər göndərir:


“Bu sahəyə qarşı həssas münasibət üçün vergi sisteminə yeni təkliflər irəli sürür. Nəzərə alaq ki, COP29-da bir sıra mühüm qərarlar qəbul edilib. Onlardan biri də karbon emissiyasının azaldılmasıdır. Bunun üçün ilk növbədə karbon emissiyasının dəqiq statistikası olmalıdır. Bundan sonra isə karbon emissiyasının azaldılması üçün layihələr icra edilməlidir. Həmin layihələrdən biri də karbon vergisidir. Bu vergi həm karbon emissiyasının azaldılmasını stimullaşdırır, həm də yığılan vergilər hesabın dövlət digət tədbirlər görə bilir.


Yanacağa tətbiq edilən vergilər artırılacaq.

Müsahibimiz deyir ki, aparılan hesabata əsasən bir litr yanacağın əmələ gətirdiyi karbon emissiyası hesablanır:
 

“Daha sonra karbon emissiyasının qiyməti müəyyən edilir. Tutaq ki, bir litr dizel yanacağında karbon emissiyasının qiyməti 5 qəpikdir. Benzin növlərində deyək ki, birində 3, birində isə 2 qəpikdir. Sözügedən məbləğ gələcəkdə yanacağın qiymətinin üstünə əlavə olunur. Beləcə, yanacaq bir qədər bahalaşacaq. Məsələn bu gün dizel yanacağının qiyməti 1 manatdırsa, bu qayda tətbiq edildikdən sonra qiymət olacaq 1 manat 5 qəpik. Dediklərim təxminlərdir. Ola bilsin ki, yanacağın qiyməti yenidən optimallaşdırılsın”.
 

Akif Nəsirli qeyd edib ki, karbon vergisi təkcə yanacağa tətbiq olunmayacaq:


“Tədricən istehsal və xidmət sahələrinə də bu vergi tətbiq olunacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri