Icma.az
close
up
RU
SON DƏQİQƏ: Azərbaycanda benzin bahalaşa bilər KONKRET

SON DƏQİQƏ: Azərbaycanda benzin bahalaşa bilər KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Dünya bazarında enerji daşıyıcılarının qiymətində müşahidə olunan artım və region ölkələrində yanacağın bahalaşması Azərbaycanda da benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son aylarda beynəlxalq neft bazarındakı dalğalanmalar fonunda vətəndaşları maraqlandıran əsas sual isə budur: Azərbaycanda benzinin qiyməti yenidən artacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neft və enerji daşıyıcılarının bahalaşması, eləcə də region ölkələrində yanacaq qiymətlərinin artması Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı gözləntiləri gücləndirir.

“Ölkədə yanacaq qiymətləri tam bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimləndiyi üçün dünya bazarındakı dəyişikliklər daxili bazara birbaşa və dərhal təsir göstərmir.

Yaxın dövrdə kəskin qiymət artımı ehtimalı yüksək görünmür. Bunun əsas səbəblərindən biri Azərbaycanda Aİ-92 benzini və dizel yanacağının böyük hissəsinin yerli istehsal hesabına təmin olunmasıdır. Son aylarda benzin istehsalının artması da daxili bazarda müəyyən sabitlik formalaşdırır.

Bununla belə, son illərdə Azərbaycanda yanacaq qiymətlərinə bir neçə dəfə düzəliş edilməsi göstərir ki, hökumət zəruri hesab etdiyi halda mərhələli qiymət artımına gedə bilər”.

Ekspertin fikrincə, logistika xərclərinin yüksəlməsi, neft emalı və modernləşmə xərcləri, eləcə də büdcə və vergi siyasəti gələcəkdə qiymət artımını şərtləndirən əsas amillər sırasındadır.

Akif Nəsirli vurğulayıb ki, mövcud şəraitdə Azərbaycanda benzinin yenidən bahalaşması tam istisna olunmur. Lakin yaxın aylarda bunun kəskin şəkildə baş verməsi ehtimalı yüksək qiymətləndirilmir. Daha real ssenari kimi isə mərhələli və məhdud qiymət artımı göstərilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 May 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri