Icma.az
close
up
RU
Əhməd İsmayılov: “Azərbaycan və Özbəkistan Media Forumu iki ölkə arasındakı yaxınlığın göstəricisidir”

Əhməd İsmayılov: “Azərbaycan və Özbəkistan Media Forumu iki ölkə arasındakı yaxınlığın göstəricisidir”

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bugün Bakıda  “Rəqəmsal transformasiya və media” məsələsinə həsr edilmiş İkinci Azərbaycan-Özbəkistan Media Forumu işinə başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, hər iki ölkənin dövlət və parlament təmsilçilərinin, habelə, media orqanları rəhbərlərinin qatıldığı tədbiri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açıb.

Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirdiyini deyən Əhməd İsmayılov bildirib ki, həmin tarixi bağlar dövlət başçılarımız – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır:

“İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar açır.

Son onillikdə qlobal informasiya məkanında baş verən proseslər medianın mahiyyətini tamamilə dəyişmişdir. İnformasiyanın istehlak forması sürətlə rəqəmsallaşır, sosial şəbəkələr və onlayn platformalar informasiya mübadiləsinin əsas kanallarına çevrilir. Rəqəmsal transformasiya medianın operativliyini artırmaqla yanaşı, həm də onun qarşısına yeni məsuliyyətlər qoyur. Burada əsas məsələ informasiya bolluğunda dəqiq, obyektiv və etibarlı xəbərin təmin edilməsidir.

Azərbaycan mediasında son illərdə dövlətin dəstəyi ilə məhz bu istiqamətdə ciddi islahatlar həyata keçirilir. Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır. Çünki biz oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə, peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya axınında qorunması.

Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri, ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir.

Məmnuniyyətlə bildirmək istərdim ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında effektiv əməkdaşlıq əlaqələri qurulmuş, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin qarşılıqlı fəaliyyəti istiqamətində vacib nəticələr əldə olunmuş, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülmüşdür.

2022-ci il 20 iyun tarixində Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistanın müvafiq dövlət qurumu arasında Anlaşma Memorandumunun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul vermişdir”.

MEDİA rəhbəri xatırladıb ki, 2023-cü il 22 avqust tarixində Özbəkistan Respublikası Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” imzalanıb:

“Yol Xəritəsi”nin icrası məqsədilə görülmüş işlərin miqyasına diqqət yetirdikdə deyə bilərik ki, hər iki ölkənin media ictimaiyyəti bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün ciddi səylər göstərmişdir. Həyata keçirilmiş layihələr yalnız jurnalist peşəkarlığının artırılması ilə məhdudlaşmamış, əlaqədar dövlət orqanlarının kommunikasiyaya məsul təmsilçilərinin qarşılıqlı səfərlərinin reallaşması, treninq və seminarların, mediaturların təşkili, jurnalistika təhsili istiqamətində fikir mübadiləsinin həyata keçirilməsini əhatə etmişdir. Eyni zamanda, ölkələrimizdə cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi vacib strategiyanın həyata keçirilməsi məqsədilə əməkdaşlıq modeli qurulmuşdur.

Bugünkü görüşümüzün əsas məqsədi rəqəmsal transformasiya prosesində media sahəsində atılacaq birgə addımların müzakirəsidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq bir sıra mühüm istiqamətlər üzrə xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, rəqəmsal medianın idarə olunması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması üzrə qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcəkdir.

Bununla yanaşı, bu gün qlobal miqyasda ciddi təhlükə doğuran dezinformasiya, saxta xəbərlər və manipulyativ məzmunlarla mübarizə sahəsində əməkdaşlıq milli və regional informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Xüsusi vurğulamaq lazımdır ki, süni intellekt texnologiyalarının, multimedia platformalarının və yeni nəsil analitik vasitələrin tətbiqi medianın rəqabət qabiliyyətini artırır və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq müasir trendlərə daha sürətli uyğunlaşma imkanı yaradacaqdır.

Sevindirci haldır ki, hər iki ölkənin media ictimaiyyətinin böyük maraqla qarşıladığı və mühüm praktik əhəmiyyəti olan media forumların keçirilməsi ənənəsi formalaşmışdır. Dövlət orqanlarının kommunikasiyaya məsul şəxslərinin və jurnalistlərin təcrübə mübadiləsinin, hər iki ölkənin ictimai rəyinin formalaşmasında ciddi təsir imkanına malik səxslərinin şəbəkələşməsinin təşkil olunması birgə platformamızın əhəmiyyətinin göstəricisidir.

Ötən il Daşkənd şəhərində keçirilmiş Özbəkistan-Azərbaycan Media Forumu “Rəqəmsal dövrdə həqiqət axtarışında: Dezinformasiyaya qarşı mübarizə” adlanırdı. Texnoloji inkişaf özü ilə birlikdə sərhədləri aşan, ölkələrin informasiya mühitini çirkləndirən nüanslar da gətirməkdədir. Bu kontekstdə dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün prioritet təşkil edən məsələlərdəndir. Xatırlayırıq ki, forum çərçivəsində aparılan müzakirələrdə bu məsələlər ətrafında maraqlı fikirlər səslənmiş, atılacaq addımlarla bağlı praktik tövsiyələr verilmişdir.

Bu dəfəki forumumuz da media gündəminin daim diqqətdə saxladığı və jurnalistikanın müasir inkişaf tempindən irəli gələn mövzuya – “Rəqəmsal transformasiya və media” məsələsinə həsr olunmuşdur. Qeyd edək ki, bugünkü müzakirəmizin mövzusu – rəqəmsal transformasiya və media – sadəcə texnoloji yenilikləri ehtiva etmir, eyni zamanda cəmiyyətlərin informasiyaya münasibətini, media kontentinin dərk edilməsini, bütövlükdə jurnalistikanın gələcəyini şərtləndirən, onu köklü şəkildə dəyişdirən bir prosesi nəzərdə tutur.

İndi xəbərlər yalnız ənənəvi media modelləri olan qəzet səhifələrində və ya televiziya ekranlarında deyil, mobil telefonların ekranlarında, sosial şəbəkə lentlərində və süni intellekt tərəfindən hazırlanmış analitik platformalarda formalaşır. Əgər ötən illərdə əsas prioritet informasiyanın sürətli çatdırılması idisə, bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai etimad əsas dəyərə çevrilib.

Bu prosesi, qlobal trendləri təhlil edərkən belə qənaətə gələ bilərik ki, medianın gələcəyi təkcə jurnalistlərin deyil, bütün ictimai institutların birgə səylərindən asılıdır. Rəqəmsal transformasiya qarşısında seçimimiz yoxdur – biz bu prosesin müşahidəçisi yox, fəal iştirakçısı olmalıyıq. Əminik ki, forum çərçivəsində qarşılıqlı əməkdaşlıq, bilik və təcrübə mübadiləsi ilə bu texnoloji tərəqqini ölkələrimizin inkişafı, vətəndaşlarımızın daha keyfiyyətli informasiya təminatı üçün üstünlüyə çevirə bilərik.

Süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağrışları sırasındadır. Bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizn informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır.

Media süni intellekdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır. Məlumdur ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz.

Bu müasir yanaşma jurnalistikanın artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas verir. Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin nailiyyətlərindən istifadə etməkdədir. Biz bu prosesi yaxından izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirik.

3-cü Şuşa Qlobal Media Forumunda süni intellektin artan roluna və ictimai inkişafdakı təsirlərinə toxunan Azərbaycan Respublikasının Prezidenti cənad İlham Əliyev bildirmişdir ki, ölkəmizdə IT texnologiyalarının inkişafı dövlətin önəm verdiyi prioritetlərdən biridir. Azərbaycanın bu istiqamətdə aparıcı beynəlxalq şirkətlərlə təmasları mövcuddur. Süni intellektin yayılması kifayət qədər sürətlə gedir və heç şübhəsiz ki, ondan istifadə edən şəxslərin sayı da çox olacaqdır. Cənab Prezidentin vurğuladığı kimi Azərbaycan bütün yeni texologiyalara açıq ölkədir, “əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın”.

Hesab edirik ki, süni intellektin tətbiqindən irəli gələn məsələlər ətrafında biz ciddi düşünməli, istər Özbəkistan, istərsə də Azərbaycan mediasının təcrübəsini əsas götürərək bu istiqamətdə səylərimizi birləşdirməli, birgə fəaliyyətimizin effektiv mexanizmini yatarmalıyıq”.

Firuzə Mahmudova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see184

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see137

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see127

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see126

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see124

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see123

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see120

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri