Icma.az
close
up
RU
Əhməd İsmayılov: Azərbaycanın lider mövqeyi media gündəmini zənginləşdirib

Əhməd İsmayılov: Azərbaycanın lider mövqeyi media gündəmini zənginləşdirib

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın sürətli inkişafı ilə dünyadakı lider mövqeyinin güclənməsi, öz növbəsində, medianın gündəmini də zənginləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov iyulun 8-də Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda deyib.

Onun sözlərinə görə, bununla həm də media öz işini ölkənin dinamik inkişaf tempinə uyğun qurmağa sövq edir:

"Medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Prezidentin Sərəncamında göstərildiyi kimi, Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib".

MEDİA-nın icraçı direktoru bildirib ki, vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib:

"Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Heydər Əliyevin xatirəsi Azərbaycan mətbuatının tarixində, jurnalistlərin qəlbində əbədi yaşayacaq, media nümayəndələri bu böyük şəxsiyyəti həmişə qədirbilənliklə anacaqlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri