Icma.az
close
up
RU
Əhməd Vəliyev baş ofisi niyə satır? Bacısı oğlu ilə bağlı İDDİA

Əhməd Vəliyev baş ofisi niyə satır? Bacısı oğlu ilə bağlı İDDİA

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Muğanbank”ın Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında satışa çıxarılan baş ofisi ilə bağlı yeni iddialar var.

“Yeni Sabah”ın redaksiyasına edilən müraciətə görə, sözügedən obyektin satılmasının əsas səbəbi, “Faktor Lizinq” şirkətinin maliyyə problemləri ilə üz-üzə qalmasıdır.

Bəhs olunan lizinq şirkətinin rəhbəri Ehtiram Əliyev sabiq deputat, hazırda ləğv prosesində olan “Muğanbank”ın sahibi Əhməd Vəliyevin bacısı oğludur.

İddiaları səsləndirən vətəndaş Abbasov Vüqar Elbrus oğlu bildirib ki, Əhməd Vəliyev artıq fəaliyyətini dayandıran bankın baş ofisini satmaq məqsədi, Ehtiram Əliyevə dəstək olmaqdır.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan “Faktor Lizinq” şirkətinin meneceri Ehtiram Əliyev deyib ki, səsləndirilən iddialar əsassızdır:

“Muğanbank”la heç bir hüquqi əlaqəm olmayıb və yoxdur. Hər hansı bir əmlakının satışına dair məlumata malik deyiləm”.

Xatırladaq ki, Əhməd Vəliyev daha öncə “Muğanbank”ın baş ofisinin satışa çıxarıldığını təsdiqləyib. Ə.Vəliyev satışa çıxarılan əmlakın qiymətini açıqlamayıb.

Qeyd edək ki, “Muğanbank” 1992-ci ildə yaradılıb. Mərkəzi Bankın 18 oktyabr 2023-cü il tarixli qərarı ilə lisenziyası ləğv edilib.

Bankın baş ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşdirdi. Həmin ofis satışa çıxarıldığına görə “Muğanbank” Xətai rayonu, Xocalı prospekti 36A ünvanına köçüb.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri