İlhamə Quliyevanın bacısı qızı ilə bağlı ŞOK İDDİA KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib.
KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarını qazanaraq onlardan külli miqdarda pul, qızıl zinət əşyaları alıb və geri qaytarmayıb. Məlumata əsasən, N. Həsənova götürdüyü pul vəsaitlərinin və zinət əşyalarının bir hissəsini borclarını ödəməyə xərcləyib, digər hissəsini isə lombarda qoyub.
İddialara görə, o, Pakizə Əliyeva adlı vətəndaşdan 146 290 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmovadan 650 qram qızıl, həmçinin İlqar Əliyevdən 50 000 manat alaraq geri qaytarmayıb. Bundan başqa, Nigar Həsənovanın daha bir sıra şəxslərə qarşı dələduzluq etdiyi, külli miqdarda pul və zinət əşyaları mənimsədiyi bildirilir.
Hazırda bununla bağlı polis orqanlarında araşdırma aparıldığı qeyd edilib.
Adıçəkilən Nigar Həsənova ilə əlaqə saxlasaq da, o, heç bir cavab vermədən telefonu söndürüb.
Qeyd edək ki, Nigar Həsənova Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Dekabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















