Icma.az
close
up
RU
Əhmədzadə ilə əməkdaşlıq edən klublar KONKRET

Əhmədzadə ilə əməkdaşlıq edən klublar KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları ilə həbs edilən Adnan Əhmədzadənin çirkin əməlləri üzə çıxmaqda davam edir. Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Bu o deməkdir ki, Əhmədzadə barəsində istintaq araşdırmaları davam edəcək.

KONKRET.az bildirir ki, publika.az sizi Adnan Əhmədzadənin futbol sevgisi fonunda Azərbaycan klublarının maliyyələşdirməsi ilə bağlı məlumatlarla tanış edəcək.

Bəli, dövlətin külli miqdarda vəsaitini oğurlayan bu şəxsin futbola olan marağı və bu sahədəki dostluq münasibətləri hər kəsə məlumdur. O, Lionel Messi, Ronaldinyo kimi əfsanəvi futbolçular, Xuan Laporta kimi tanınmış funksionerlə dostluq münasibətləri qurub. Bütün bunlar onun mənimsədiyi pullar sayəsində reallaşıb. Əhmədzadə onlarla münasibətlərini şəxsi piarında istifadə edib.

Son vaxtlar isə Azərbaycan futboluna maraq göstərməyə başlayıb. Əvvəlcə ASTA (Azerbaijan Sport Talents Academy) futbol akademiyası yaradıb. Bir müddət sonra – bu ilin yanvarında “Mingəçevir” klubunu məhz ASTA şirkəti vasitəsilə maliyyələşdirməyə başlayıb. O, klubu çox yaxın dostu və adamı Rafael Bunyatova tapşırıb. Bu ilin gedişində o, daha bir klubun maliyyələşməsində iştirak edib. “Kəpəz”in sponsorluğunu öz üzərinə götürdüyü ilə bağlı iddialar var. Gəncə təmsilçisinin İdarə Heyətinin sədri Adil Vəliyev məhz Əhmədzadəyə yaxın münasibəti ilə tanınır. Hətta onun “sağ əli” olduğu da iddia edilir.

Bundan başqa, Adnan Əhmədzadə “Barselona”nın Azərbaycanda fəaliyyət göstərəcək futbol akademiyası layihəsində də birbaşa iştirak edirdi. Məhz onun səyləri nəticəsində keçmiş “Şəfa” stadionu, indiki ASK Arena məhz bu iş üçün ayrıldı. Hətta orada yenidənqurma işlərinə də başlandı.

Əhmədzadənin Azərbaycan futbolu ilə münasibətləri bununla bitmir. Onun sahibi olduğu “Rahat” supermarketlər şirkəti vasitəsilə iki Premyer Liqa klubu ilə sponsorluq münasibəti də olub. Bunlardan biri “Neftçi”, digəri “Zirə”dir. Sözügedən şirkət 2024/2025 mövsümündə hər iki klubun titul sponsoru olub. “Ağ-qaralar”ın formalarının arxa hissəsində, “qartallar”ın isə formalarının sağ qol hissəsində “Rahat”ın reklamı yerləşdirilib. Buna görə hər iki kluba müəyyən məbləğ ödənilib.

Göründüyü kimi, Adnan Əhmədzadə Azərbaycan dövlətindən oğurladığı milyardlarla vəsait nəticəsində şəxsi piarını təşkil edib, özünü sosial layihələrin təşkilatçısı, klubların dostu və uğurlu iş adamı kimi göstərməyə çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri