Icma.az
close
up
RU
Əhmədzadə özü ilə “cəhənnəmə” kimləri aparır? KONKRET

Əhmədzadə özü ilə “cəhənnəmə” kimləri aparır? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Sentyabrın 19-da həbs edilən Adnan Əhmədzadə ilə bağlı müzakirələr intensivləşməkdə davam edir. İddia olunur ki, onun qanunsuz fəaliyyətləri təkcə dövlət büdcəsinə milyonlarla manatlıq ziyan vurmayıb, eyni zamanda Azərbaycanın beynəlxalq imicinə də zərbə endirib.

Adnan Əhmədzadənin adı “Azərbaycan neftinin zəhərlənməsi” kimi təqdim edilən qalmaqallı proseslə də əlaqələndirilir. Bu isə məsələnin miqyasını daha da genişləndirir.

Bu cinayət işi daha kimləri əhatə edə bilər? Adnan Əhmədzadənin həbsi hansı yüksək vəzifəli şəxsləri narahat etməlidir? Uzun illər neft sektorunda söz sahibi olmuş oliqarx məmurlar da istintaqın təsir dairəsinə düşə bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, Adnan Əhmədzadə ağır cinayətlərdə ittiham olunur:

“Yeni faktlar üzə çıxacaq”

“İbtidai istintaq dövründə yeni faktların da ortaya çıxacağı gözlənilir. Onun Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində şübhəli bilinməsi ciddiyə alınmalıdır. Qeyd edim ki, hüquqi baxımdan külli miqdar dedikdə 500 min manatdan artıq məbləğ nəzərdə tutulur”.

Xəyal Bəşirov qeyd edir ki, Adnan Əhmədzadə son zamanlar ictimaiyyətin diqqət mərkəzinə düşmüşdü və sosial şəbəkələrdə onun dəbdəbəli həyat tərzi geniş müzakirələrə səbəb olmuşdu:

“Oliqarxa çevrilmiş şəxslərin də araşdırılacağı gözləniləndir”

“Uzun illər Dövlət Neft Şirkətində (SOCAR) çalışan bir şəxsin vəzifədən getdikdən sonra Avropada və dünyanın müxtəlif ölkələrində lüks həyat tərzi sərgiləməsi cəmiyyətdə narazılıqla qarşılanırdı. Belə bir yaşam tərzi ya uzun illərin uğurlu iş adamına, ya da vəzifədən sui-istifadə edən şəxsə xas ola bilər. Bu baxımdan onun barəsində irəli sürülən ittihamların gerçəkliyinə dair ictimai rəy formalaşıb. Qaldırılan məsələlər bir nəfərin imkanlarını aşan miqyasdadır.

Adnan Əhmədzadə SOCAR-da vitse-prezidentin müavini vəzifəsində çalışıb. Bu strukturda isə həmin dövrdə 10-dan çox vitse-prezident olub. Yəni vəzifə baxımından ilk 20-liyə belə çətinliklə daxil olan bir şəxsin bu miqyasda korrupsiyada iştirakı, SOCAR-da daha yüksək postlar tutmuş şəxslərin də bu işdə adlarının hallana biləcəyini istisna etmir. Uzun illər bu vəzifələrdə olmuş və sonradan oliqarxa çevrilmiş şəxslərin də araşdırılacağı gözləniləndir.

Hazırda bu ittihamlar yalnız ibtidai istintaq mərhələsindədir və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan yekun fikir söyləmək olmaz.

Bu, hüquqi yanaşmadır. Amma son dövrlər Adnan Əhmədzadənin fəaliyyəti və barəsində yayılan iddialar müəyyən uyğunluq təşkil edir. Bu da ittihamların ehtimallarını artırır”.

Hüquqşünas istisna etmir ki, Adnan Əhmədzadənin SOCAR-da işlədiyi dövrdə formalaşmış komanda üzvləri də araşdırma predmetinə çevrilə bilər:

“Onunla əlbir olan iş adamları və biznesmenlərin də…”

“Hətta hazırda SOCAR-da çalışan bəzi yüksək vəzifəli şəxslərin də bu siyahıya daxil edilə biləcəyi istisna olunmur. Əgər mətbuatda yayılan, hazırda rəsmi təsdiqini tapmamış məlumatlar doğrudursa, bu, onu göstərir ki, Adnan Əhmədzadə həmin vəzifəli şəxslərin iştirakı və himayəsi olmadan bu miqyasda fəaliyyət göstərə bilməzdi.

Burada söhbət dövlətə məxsus olan və səhmlərinin böyük əksəriyyəti dövlətə aid olan SOCAR-ın resurslarının mənimsənilməsindən gedir:

Bu, ağır cinayətlər kateqoriyasına daxildir. Onunla əlbir olan digər iş adamları və biznesmenlərin də bu prosesə cəlb olunacağı istisna deyil. Bunu yaxın vaxtlarda görəcəyik.
SOCAR Azərbaycan üçün sadəcə neft şirkəti deyil, həm də ölkənin beynəlxalq brendidir.

Bu qurumda çalışmış şəxsin belə qalmaqallı addımlar atması dövlət üçün mənfi imic formalaşdırır. Hətta bu, ölkənin xarici tərəfdaşları ilə münasibətlərinə belə təsir edə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri