Əhmədzadənin həbsi İspaniya klubundakı azərbaycanlı uşaqlara da təsirsiz ötüşmədi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Artıq 2 ildən çoxdur ki, “Marset” Futbol Akademiyası ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasındakı əməkdaşlıq çərçivəsində 30-dan çox azərbaycanlı uşaq bu akademiyada futbol oynayır.
“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra “Marset” azərbaycanlı uşaqları geri göndərmək qərarı verib.
Buna səbəb ASTA-nın növbəti ay üçün ödənişləri etməməsidir. Oradakı uşaqların valideynlərinə mövcud durumla bağlı bildiriş olub. Ehtimal var ki, “Marset” ən istedadlı bir neçə nəfəri saxlasın. Oktyabrın 1-də İspaniya klubu yekun qərarını verəcək.
ASTA-nın rəhbəri Rafael Bünyatov açıqlamalarında bu günə qədər bütün xərclərin Adnan Əhmədzadə tərəfindən qarşılandığını deyib. İş adamının həbs olunmasıyla ödənişlər dayandırılıb.
Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 30 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















