Icma.az
close
up
RU
Regional müharibə Azərbaycana təsirsiz ötüşmədi: Azalma baş verir

Regional müharibə Azərbaycana təsirsiz ötüşmədi: Azalma baş verir

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Regional gərginliklər ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərir. Yay mövsümünün başlamasına baxmayaraq, bu il Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur".  

Bu fikirləri Bakı Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov News24.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu tendensiya əsasən regionlarda  baş verən siyasi və hərbi gərginliklərlə bağlıdır: 

“Rusiya–Ukrayna müharibəsi, Pakistan–Hindistan arasında davam edən gərginlik, eləcə də İran–İsrail qarşıdurması turizm sahəsinə mənfi təsir göstərib və hazırda da göstərməkdədir. Belə ki, mövcud vəziyyət beynəlxalq reyslərin ləğv olunmasına səbəb olub. Hava məkanının məhdudlaşdırılması nəticəsində bəzi körfəz ölkələrindən gələn turistlərin uçuş saatları uzanır ki, bu da onların səyahət qərarlarına mənfi təsir edir. Əvvəllər körfəz ölkələrindən Azərbaycana daha çox turist gəlirdisə, bu il həmin axında azalma müşahidə olunur” , – deyə o bildirib.

Ceyhun Aşurov qeyd edib ki, hazırda Azərbaycan alternativ bazarlara yönəlir:

“Türkiyə, Çin, Orta Asiya və Rusiya bazarlarından müəyyən aktivlik gözlənilir. Bu istiqamətlərdə qismən canlanma baş verə bilər. Lakin indiki qeyri-müəyyən şəraitə görə əvvəlcədən ayrılmış rezervasiyaların bir hissəsi ləğv edilib". 

Ekspert hesab edir ki, yaranmış vəziyyət yerli turistlərin də xaricə səfərlərinə təsir edə bilər:

“Amma ölkədaxili turizmin bu yay daha aktiv olacağı gözlənilir. Qiymətlərin artımı proqnozlaşdırılmır. Çünki pandemiyadan sonra daxili tələbatın artması yeni otel və kənd evlərinin bazara daxil olmasına səbəb olub. Bu da yerləşmə imkanlarını artıraraq rəqabəti gücləndirib". 

Ceyhun Aşurov sonda vurğulayıb ki, hazırkı geosiyasi vəziyyət ölkəyə gələn turist axınını zəiflətsə də, daxili turizmin inkişafı üçün mühüm şərait yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri