Ehsan məclislərinə QADAĞA genişlənir Növbəti şəhər məlum oldu
Icma.az, News24 saytına istinadən bildirir.
Mingəçevirdə dəbdəbəli ehsan məclislərinin qadağan olunması müzakirə edilib.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, müzakirələr Heydər Məscidində keçirilib.
Tədbirdə şəhər Ağsaqqallar Şurası, dini icmalar və media təmsilçiləri iştirak edib. Müzakirələrdə bir müddət öncə Mingəçevir Ağsaqqallar Şurasında qaldırılmış ehsan məclislərinin qadağan edilməsi məsələsi yenidən gündəmə gətirilib. Ölkənin bir sıra regionlarında tətbiq olunan qadağaların Mingəçevirdə də tətbiq olunmasının vacibliyi vurğulanıb.
Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, şura üzvü Adil Kərimov, Heydər Məscidinin imamı Hacı İlham, müavini Müşfiq Əsgərov və jurnalist-politoloq İnqilab Şirinbəyli çıxış edərək məsələnin ölkə üzrə kompleks həllinə nail olmaq üçün Milli Məclisin, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquqi zəmin hazırlamasının vacibliyini qeyd ediblər.
Bununla bağlı Mingəçevir ictimaiyyəti adından adı çəkilən qurumlara rəsmi müraciət ünvanlanmasının zəruriliyi vurğulanıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 Avqust 2025 03:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















