Icma.az
close
up
RU
Ehsan süfrələrinə və yas mərasimlərinə qadağa

Ehsan süfrələrinə və yas mərasimlərinə qadağa

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən “Facebook” səhifəmdə yas mərasimləri və ehsan süfrələri haqda paylaşım etdim. Paylaşım ciddi ictimai diqqət cəlb etdi. Başqa məşhur sosial şəbəkə səhifələri də bunu paylaşmışdı. Xeyli şərh yazıldı, reaksiya verildi.

“Facebook”da paylaşdığım həmin yazını bir də buradan oxucuların mühakiməsinə təqdim edirəm.

Buyurun, oxuyun:

“Ehsan süfrələrini yox, bütövlükdə yas mərasimlərini qadağan eləmək lazımdır! Millət avara olur. Bir dəstə lotu-potu pul qazanır, əziyyəti sıravi insanlar çəkir. Bakıda yas mərasimi 400-500 adamın eyni vaxtda, eyni məkanda nahar eləməsindən başqa bir şey deyil. Əksər rayon və kəndlərdə zatən yas yerində yemək verilmir. Böyük şəhərlərdə isə bu, biznesdir.

Hamı Qurandan sitat gətirir. Amma Quranda yas mərasimi haqda 1 sətir də yoxdur. Peyğəmbərin də tövsiyəsi yasın 3 gündən artıq olmadığı yöndədir. O zaman bu göstəriş, yeyib-içmək, vurhavur nə üçündür?!

Mərasim obyektləri də bir ayrı dərddir. Binamızın həyətində “xeyir-şər evi” deyilən obyekt var. Orda yas mərasimləri keçiriləndə həyat və həyət iflic olur. Nəinki maşınla, piyada hərəkət çətinləşir. Həyatımızı çətinləşdiririk, özümüzə problem yaradırıq, sonra da bu problemi necə həll etməyin yollarını axtarırıq”.

Bu fikirləri bəyənən də oldu, tənqid edən də, amma çoxluq bu mövqeni müdafiə etdi və doğru saydığını şərhlərdə yazdı. Bir şey aydın oldu: insanlar lazımsız mərasimlərdən cana doyub. Əsasən də yas məclislərinin nə qədər lazımsız, hətta ziyanlı olduğunu çoxları dərk edib. Bunun nizamlanmasını istəyirlər.

Bu mövzuda söhbət düşəndə əsas iki fikirlə rastlaşırıq: 

Birinci fikrin müəllifləri deyirlər ki, neçə əsrlik adət-ənənədən imtina düzgün olmaz. Cəmiyyət guya belə adətlərin üzərində bərqərar olurmuş.

İkincilər isə məsələyə praqmatik yanaşır. Deyirlər ki, yas məclisləri getdikcə absurdlaşır; yemək, dəbdəbə əndazəni aşır. Məclis sahibi üçün əlavə yükdür. Ondansa, daha təvazökar, daha ekonomik məclislər təşkil etmək təklif olunur. İnsanlar deyir ki, mütləq süfrədə plov, dovğa, bozbaş və sair təamlar qoyulmalı deyil. Çay, qənd, halva və çörək kifayətdir.

Azərbaycanda 2014-cü ilin 1 sentyabr tarixindən yas məclislərində isti xörək (plov, bozbaş və sair) vermək qadağandır. Bu qadağa əksər rayon və kənd yerlərində hələ də qüvvədə qalır. Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə isə bunu aradan qaldırmaq mümkün olmadı.

Əslində yas və toy mərasimləri ciddi biznesdir. Burda bir neçə təbəqə pul qazanır, amma proses absurda doğru irəlilədikcə cəmiyyətdə narahatlıq, qıcıq da artan xətt üzrə gedir. Camaat deyir ki, bu qədər dəbdəbəyə gərək yoxdur. Bir-birimizi soymayaq, cibinə girməyək. Sakit, təvazökar şəkildə xeyir-şər məclislərimizi yola verək. Bu sənayenin nümayəndələri isə qazanclarının əldən çıxmaması üçün ideyanı qamçılayır, qarşı çıxırlar. Onların əsas müttəfiqi isə Azərbaycanda din adı altında fəaliyyət göstərən şəbəkədir. Onlar yas məclislərini təbliğat-təşviqat üçün ən münbit yer seçiblər.

Bir fikir də budur ki, tanınmış insanlar nümunə olsun: yas məclislərini çayla, qəndlə və cəmi 3 gün hüzr məclisi təşkil etməklə başa vursunlar. Bu, belə olmur. Mütləq dövlət bu işə müdaxilə etməlidir. Necə ki 11 il öncə etdi. Bu qadağanı kəndlərdə böyük rəğbətlə qarşıladılar. Hələ də davam edir. Administrativ yolla bu işlər tənzimlənməlidir.

Bəziləri bilərəkdən və ya bilməyərəkdən fikirlərimizi yanlış yerə yozurlar. Guya biz yas məclislərinin birmənalı yığışdırılmasına qarşıyıq.

Mürəkkəblikdən xilas olmaq təklif edirik. 3 gün yas olsun, yemək yığışdırılsın, kütləvilik aradan qaldırılsın, “xeyir-şər evi” adlandırılan obyektlərə hüzr məclisi təşkil etmək qadağan olunsun. Hələ cümə axşamı, qara bayram, 40, 52, il mərasimlərini demirik. Bunlardan imtina etməyin zamanı çoxdan çatıb. Ailəcə qeyd eləmək, kiçik məclis təşkil edib yığışmaq mümkündürsə, bu qədər insanı eyni dam altına yığmağa nə gərək var?

Azər Ayxan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 İyun 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri