Ehtiram Quliyev: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Əliyar Ağayevin təyinatı vaxtı belə şeyin başımıza gələcəyini ehtimal edirdik" Bu sözləri Sport24.az- "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
O, "Zirə"yə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan (0:2) sonra baş hakim Əliyar Ağayevi sərt tənqid edib:
"Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaqüstə içsinlər, haqqımızı içməsinlər. Bir il ərzindəki əziyyətimiz bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Əliyarın "Turan Tovuz"un oyununa təyinatından belə hallar gözləyirdik. Çempionatdakı oyundan sonra səhv etmişəm mesajı bizə göndərildi. Haramı olsun. Haqqımız, uşaqların alın təri xüsusən Əliyarın haramı olsun. Bunları demək istəyirəm. Rəqibin qələbəsinə kölgə salmıram. Amma futbolda bəzi şeylər dəyişməlidir. Biz dilə gətirməyəndə, səssiz qalanda Əliyargillər belə oyunlar idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar. Yatırım etməyin, əziyyət çəkməyin, transferlərin də də anlamı yoxdur. Epizodları hamımız gördük. Əliyargildən canımız qurtalmalıdır. "Turan Tovuz" azarkeşləri səssiz qalmasınlar. Belə olmaz. Əziyyət boşuna gedir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 03 Aprel 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















