Icma.az
close
up
RU
Ehtiram Quliyev “Tovuz bulağı”nı qurudur Buranın da pulunu kəsir

Ehtiram Quliyev “Tovuz bulağı”nı qurudur Buranın da pulunu kəsir

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev yerli futbolsevərlərin «kefinə soğan doğrayıb».

Gununsesi.info xəbər verir ki, klub növbəti mövsümdən etibarən uşaq futboluna ayırdığı büdcəni azaldacaq.

İndiki ilə müqayisədə arada ciddi fərq yaranacaq. İş adamı buna bəhanə kimi AFFA İcraiyyə Komitəsinin son qərarını göstərib.

Belə ki, federasiyanın ali qərarverici orqanının Premyer Liqada legioner limitini ləğv etməsinə dair mövqeyi onun mövqeyini dəyişdirib.

Quliyev bundan sonra vəsaitin böyük qismini əsas komandaya ayıracaq. Odur ki, akademiyada islahatlar və ixtisarlar aparılacaq, məşqçilərin, işçilərin sayı azaldılacaq, habelə uşaq və yeniyetmə oyunçuların bir qismiylə yollar ayrılacaq.

«Turan Tovuz» rəhbərliyi, onsuz da, ötən ilin yayından bəri uşaq futboluna barmaqarası yanaşır. Kurban Berdiyevin gəlişiylə Ehtiram Quliyev əvvəlki prinsiplərindən vaz keçib.

Halbuki hörmətli biznesmen 2023-cü ilin yazında, klubu himayəsinə götürən vaxt, ondan sonra da verdiyi bütün açıqlamalarda Tovuzda futbol akademiyasına diqqət və qayğını artıracağını, şəraiti yaxşılaşdıracağını vəd etmişdi.

O cümlədən, başqa sözlər də vermişdi. Zaman göstərdi ki, Quliyevin dedikləri quru vəddən, blefdən başqa bir şey deyil.

Aşağı yaş qrupları üzrə bütün komandalarda böyük problemlər yaranıb. Hər gün məşqçi və valideynlər redaksiyamızla əlaqə saxlayır, sədrin akademiyaya etinasız münasibətindən şikayətlənir.

Narazılıqlar kifayət qədər çoxdur, biz onların giley-güzarını hər gün işıqlandırsaq, gərək saytda başqa klublardan heç bir xəbər yerləşdirməyək.

Hamı bu fikirdədir ki, Ehtiram Quliyev «Turan Tovuz» deyəndə, yalnız əsas komandanı nəzərdə tutur. Uşaq futboluna xərclənməsi vəsait aylardır Kurban Berdiyevin yoluna səpilir.

Rusiyalı çalışdırıcı bu gün var, sabah yox, Tovuza qalan isə yeni nəslin nümayəndələri olacaq.

Min dəfə təəssüf edirik ki, sədr vədlərinin arxasından çəkilib, gecə-gündüz 73 yaşlı qocanın tələblərini yerinə yetirməklə məşğuldur.

Nə var, nə yar, Berdiyev komandanı avrokuboklara daşımaq məqsədinə üstlənib.

Sədr daha orasını düşünmür və ya düşünmək istəmir ki, qaranquş gəldi-gedərdir, ona qalacaq sərçə olacaq.

Tovuz futbolçu bulağıdır, bu rayondan həmişə istedadlı uşaqlar çıxıb. Onlara yatırım etmək lazımdır ki, «Turan» sabah gəlmələrin ümidinə qalmasın.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri