Ehtiyatda olan hərbiçilərin mənzil təminatı üçün büdcədən 35 milyon manat ayrılıb
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Ehtiyatda olan hərbiçilərin mənzil təminatı üçün büdcədən 35 milyon manat ayrılıb.
Sherg.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi
qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35,0 milyon
manat ayrılıb.
Eləcə də, büdcədən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara
(ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası
üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Hərbçilərin mənzil təminatına büdcədən 35 milyon manat ayrılacaq
18 Noyabr 2024 13:03
Hərbçilərin mənzil təminatına büdcədən 35 milyon manat ayrılacaq KONKRET
18 Noyabr 2024 14:14
İsrail ehtiyatda olan hərbçiləri çağırmaq üçün səlahiyyətləri genişləndirir
20 May 2025 22:00
“Ehtiyatda qaldığım üçün əsəbi, narazı idim...”
25 Mart 2025 19:59

