Icma.az
close
up
RU
“Ehtiyatda qaldığım üçün əsəbi, narazı idim...”

“Ehtiyatda qaldığım üçün əsəbi, narazı idim...”

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisi yoldaşlıq görüşündəki rəqibi Belarus yığması ilə sonuncu dəfə 2022-ci ilin iyun ayında qarşılaşıb. UEFA Millətlər Liqası çərçivəsində keçirilən oyunda meydana sonradan daxil olan Mahir Emreli 1 qol və 1 məhsuldar ötürmə ilə komandamızın 2:0 hesablı qələbəsində önəmli pay sahibi olub.
“Qafqazinfo” xəbər verir ki, hazırda Almaniyada “Nürnberq” klubunun formasını geyinən 27 yaşlı hücumçu AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb:
- Almaniyada işləriniz necə gedir? “Nürnberq” ə və II Bundesliqaya tam uyğunlaşa bilmisiniz?
- Hər şey çox yaxşıdır. Mövsümün əvvəlindəki təlim-məşq toplanışında iştirak edə bilməmişdim. Amma qış hazırlığında kollektivlə birgə oldum. Bir-birimizə daha yaxşı uyğunlaşmaq imkanımız yarandı. Oyundan-oyuna artırmaq və komandama daha faydalı olmaq istəyirəm.
- Baş məşqçi Miroslav Kloze öz dövrünün ən güclü hücumçularından biri olub. Ön xətt oyunçusu kimi ondan öyrəndiyiniz hansısa xüsusiyyət var?
- Onunla fərdi məşqlər də edirik. Müxtəlif məqamlara toxunur, təcrübəsini bizimlə bölüşür. Bunun da faydalarını oyunlarda görürük. Kloze ilə işləmək çox xoşdur. Hücumçuya xüsusi həzz verir, hər məşqdə, iclasda, fərdi söhbətdə baş məşqçidən nələrsə öyrənməyə çalışırıq.
- II Bundesliqa daha əvvəl çıxış etdiyiniz liqalardan nə ilə fərqlənir?
- Burada intensivlik, fiziki göstəricilər və rəqabət böyükdür. Polşa və Xorvatiyada olanda həmin ölkələrin çempion komandalarında çıxış edirdim. Rəqiblər istər-istəməz bizə qarşı qapanırdılar, oyuna dominantlıq edirdik. Amma burada digərindən aşkar üstün komanda yoxdur. Hər bir komanda öz oyununu göstərməyə çalışır və matçlarda kifayət qədər qol imkanı əldə edir. II Bundesliqada, xüsusən də, topsuz olduğun zaman nizam-intizama çox önəm verirlər. Bu da mənim üçün yeni haldır. Çünki əvvəlki klublarım çempionatın ən yaxşısı olduğundan, topsuz oyuna o qədər də fikir vermirdim. Burada taktiki sxemə, intizama ayaq uydurmalısan və məşqçinin xüsusən topsuz olduğun zaman verdiyi tapşırıqları yerinə yetirməlisən.
- Polşa, Xorvatiya, Türkiyə və Almaniyada legioner həyatı yaşamısınız. Ölkə xaricində oynamaq necə hissdir, azərbaycanlı həmkarlarınıza nəyi tövsiyə edərdiniz?
- Hər bir futbolçu üçün xeyirlisi nədirsə, o da olsun. Kiminsə legioner həyatı yaşamaq arzusu varsa, çəkinmədən bunu reallaşdırsın, düşünməsin ki, xaricdə mədəniyyət fərqlidir. Özlərini bu yöndə inkişaf etdirsinlər, ən önəmlisi inansınlar. Azərbaycan çempionatında yaxşı çıxış edən oyunçular var ki, orada özlərini daha rahat hiss edirlər. Ancaq xaricə getmək arzusu ilə yaşayan uşaqlar əllərinə belə fürsət düşən kimi, düşünmədən dəyərləndirsinlər. Ən azı özlərini yoxlasınlar. Sonra peşmanlıq çəkməsinlər ki, şans düşdü, istifadə etmədim. Ümid edirəm ki, futbolçularımız daha yaxşı klublarda çıxış edəcəklər.
- Millimiz bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Tanış rəqiblə növbəti duel nə kimi fayda verə bilər?
- Millidə olduğum zaman oyunun rəsmi və ya yoldaşlıq görüşü xarakterli olması arasında fərq qoymuram. Düzdür, yoldaşlıq matçlarında bəzi taktiki sxemlər, oyunçular sınaqdan keçirilir. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq. Xüsusən də, Belarus kimi "dişimizə" görə olan komandalar önünə qələbə üçün çıxmaq vacibdir. Belə qarşılaşmaların necə fayda verəcəyini isə rəsmi oyunlarda görəcəyik. Ümid edirəm ki, həmin görüşlərdən maksimum yararlanar, xalqımız üçün yaxşı futbol nümayiş etdirər və onların üzünü güldürərik. Bütün istəyimiz sırf bu yöndədir. Əlbəttə ki, uğur qazandığın zaman tarixə düşürsən və biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik.
- 2022-ci ildə UEFA Millətlər Liqası çərçivəsində Belarus seçməsini Bakıda 2:0 hesabı ilə məğlub etdiyimiz qarşılaşmada qollardan birinin müəllifi olmusunuz. Həmin matçı necə xatırlayırsınız?
- Həmin görüşü yaxşı xatırlayıram. İlk dəqiqələrdən ehtiyatda qaldığım üçün bir az əsəbi, narazı idim. Etik çərçivədə, futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır. Amma sonradan meydana daxil olaraq, bir qol vurdum və digər qolun məhsuldar ötürməsini verdim. Vurduğum qol gözəl alınmışdı. Ümid edirəm ki, millinin heyətində belə qollar daha çox vuraram. Həmin ana qədər 5 matç idi ki, nə qol vura, nə də qələbə qazana bilirdik. Belarusla qarşılaşmadan sonra yüksəlişə keçdik, ardıcıl 5 oyunda qələbə qazandıq.
- Bu il DÇ-2026-nın seçmə mərhələsində mübarizə aparacağıq. Ukrayna, İslandiya və Fransanın yer aldığı qrupda nəyə ümid etmək olar?
- Rəqiblərin gücü bəllidir. Belə komandalar önündə xəyal qurmağa ehtiyac yoxdur. Sadəcə düzgün hazırlaşıb, meydana qələbə üçün çıxmalıyıq.
Futbolda qalibiyyət də var, məğlubiyyət də. Ancaq bəzən necə uduzmağın da vacib olur. Elə olur ki, canını dişinə sıxıb mübarizə aparırsan, yaxşı oyun sərgiləyirsən, amma sonda məğlub olursan. Bu, haradasa bağışlana bilər. Bizdə insanların futbol anlayışı gündən-günə yaxşılaşır. Məsələn, Slovakiyaya məğlubiyyətə baxmayaraq, matçdan sonra pozitiv şərhlər yazılırdı. Rəqibləri təhlil edib, hər birinə qarşı doğru hazırlaşmalıyıq. Keyfiyyət fərqi də öz sözünü deyəcək. Düşünürəm ki, sensasiya edəcəyimiz matçlar olacaq. Hər oyuna çıxanda buna inanmaq və baş məşqçinin tapşırıqlarını doğru yerinə yetirmək lazımdır. Bunu bacarsaq, istənilən uğurlu nəticəyə ümid edə bilərik.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Mart 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see275

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see222

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see216

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see214

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see212

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see207

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see205

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see204

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see202

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see199

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see198

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see193

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see192

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see186

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri