Icma.az
close
up
RU
Ehtiyatlı olun, bu aylar hər an ilanla rastlaşa bilərsiniz Alimdən xəbərdarlıq

Ehtiyatlı olun, bu aylar hər an ilanla rastlaşa bilərsiniz Alimdən xəbərdarlıq

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Havalar isinəndən ilanların aktivliyi qeydə alınır. Bu sürünənlər kənd və rayonlarda deyil, böyük şəhərlərdə də tez-tez gözə dəyir. Bakının müxtəlif massivlərində ilanların yaşayış yerlərində göründüyü, həyətlərə girdiyi barədə məlumatlar yayılır.

Bir neçə gün öncə Bakının Əhmədli qəsəbəsi, Gəncə prospektində avtomobilin mühərrik hissəsinə ilan girdiyi barədə məlumat yayıldı. Dünən isə oxşar hadisə yenə Əhmədlidə qeydə alınıb. Həyət evlərindən birinə uzunluğu 1 metrədək olan ağ rəngli ilan girib. Məlumata görə, o, avtomobilin altında gizlənib. Ev sahibinin iddiasına görə fərqli qurumlara müraciət etsə də, heç biri ona kömək etməyib.

İlanların paytaxtda çoxalmasının səbəbi nədir? Bununla bağlı vətəndaşlar hansı quruma müraciət etməlidirlər?

Globalinfo.az-a danışan Zoologiya İnstitutunun “Quru Onurğalıları” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovun sözlərinə görə, ilanların şəhərdə görünməsi onun çoxalması ilə əlaqədar deyil.

O bildirib ki, may ayından iyunun 15-nə qədər insanlar daha çox ilanlarla rastlaşır, nəinki sonrakı isti aylarda:

“Qızmar yay aylarında şəhərdə ilan görməyəcəklər. İlanların ən aktiv vaxtı heyvanların qışlamadan çıxdıqları zamandır. Onların yaşaması üçün harda şərait olursa, orada da görmək olar. Bakının mərkəzində, insanların çox olduğu yerdə ilan yaşamır. Çünki nə rahat yaşaması, nə də yemlənməsi üçün şərait var. Əgər şəhərin mərkəzində ilan görürüksə, deməli, ora təsadüfən maşınlarda gəliblər. İlanlar maşınlarda gizlənmə yerlərini bilirlər. Məsələn, şəhərin kənarında ilanların yaşadığı ərazilər var. O yerlərə maşın gedəndə, tikinti materialları, daş, qum daşıyan avtomobillərdə gizlənə bilirlər. Sürücü də maşını saxlayanda, ya getdiyi yerdə görür ki, kapotun altından ilan çıxır”.

T.İsgəndərov deyib ki, şəhərdən kənara avtomobillə gedən şəxslər qayıdarkən maşını tıqqıldadıb, səs etsinlər ki, orda olan heyvan səsdən ürküb getsin:

Təvəkkül İsgəndərov

“Bu ay rastlaşma çox olduğu üçün adamlar elə bilirlər ki, ilanlar artıb, amma belə deyil. 10 ilan varsa, bu günə kimi görünmürdü, indi isə yemlənmə, erkəklə dişinin bir-birini axtarması ilə əlaqədar aktiv olurlar. Ona görə də müəyyən ərazilərdə tez-tez rast gəlmək mümkündür. Şəhərdən kənara, torpaqlı ərazilərə gedən şəxslər maşına əyləşən zaman mütləq tıqqıldadıb səs etsinlər ki, ilan qorxub qaçsın”.

Təvəkkül İsgəndərov ilanların ərazidən uzaqlaşdırılması üçün müraciət ediləcək qurumun olmadığını qeyd edib:

“Məsələ dəfələrlə qaldırılıb. Əhali ilanla rastlaşan zaman hara müraciət edəcəyini bilmir. Baxın, Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-standart situasiyalarda kömək etmək üçün yaranıb. Adından da bəllidir – fövqəladə. Təklif etmişəm ki, bir mütəxəssis qrupu yaradın və onları lazımi avadanlıqla, avtomobillə, alətlərlə təmin edin, bu cür hallarda gedib vətəndaşa yardım etsinlər. Hələ nəticə yoxdur. Amma bu sahə üzrə təcrübəsi olan mütəxəssislər var və onlar ödəniş əsasında gedib yardım edirlər. Bunun üçün isə gərək həmin şəxslərin nömrəsini bilmiş olsunlar. Lakin dövlət səviyyəsində belə bir qurum yoxdur”.

Müsahibiz vətəndaşlara müraciət edib:

“İnternet üzərindən özlərini reklam edən şəxslərə güvənməyin. Bir də görürsünüz ki, öz məlumatlarını paylaşır, mütəxəssis olduqlarını deyirlər. Araşdırdıqda ilanla bağlı heç təsəvvürlərinin olmadığı ortaya çıxır. Lakin pula görə əhalini aldadırlar. Bu məsələni hər adamın öhdəliyinə buraxmaq olmaz”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see357

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see182

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see176

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see171

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see148

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see136

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see135

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see130

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri