EIA 2025 2026 cı illər üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,99 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,18 mln. barel çoxdur.
EIA-nın proqnozuna əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 105,11 barel səviyyəsində olacağı ehtimal olunur (öncəki proqnoz göstərici – 105,09 mln. barel)
Qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,91 mln. barel təşkil edib, bu da 2023-cü ilin göstəricisi (102,14 mln. barel) ilə müqayisədə 0,77 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Oktyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















