OPEC 2025 2026 cı illər üçün qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 105,14 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,3 mln. barel çoxdur.
Bununla yanaşı, OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Belə ki, təşkilat qeyd olunan göstəricinin 106,52 mln. barel səviyyəsində olacağını ehtimal edir (proqnoz dəyişməyib), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,38 mln. barel çoxdur.
Hesabata görə, ötən il gündəlik qlobal neft tələbatı 103,84 mln. barel səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,63 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Dekabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















